“Uşağı abort etdirməyim üçün mənə təzyiq göstərirdi”.
Məşhur müğənni Berdan Mardininin keçmiş sevgilisi ondan qeyri-qanuni övladı olduğunu iddia edib.
Oxu.Az Türkiyə mediasına istinadla xəbər verir ki, Berdan Mardininin qəbul etmədiyi uşağının anası Yeliz Elçin “Beyaz TV”də yayımlanan “Söylemezsem Olmaz” proqramında təəccüblü açıqlamalar verib.
“Hamilə olmağın, uşaq doğub-doğmamaq sənin qərarındır”
“Berdan bəy ilə 2009-ci ildə tanış olmuşuq. O zaman evli deyildi, əgər evli olsa idi onunla əlaqə yaşamağımız mümkün deyildi. 6 ay birlikdə olduq. Yaxın əlaqəmiz əsnasında hamilə olduğum ortaya çıxdı. Səhhətimdə bəzi problemlər olduğu üçün hamilə qalma ehtimalım sıfıra bərabər idi. Möcüzə nəticəsində uşağa qaldım. Ona hamilə olduğumu söyləyəndə mənə başqa birisi evlənəcəyini söylədi. “Hamilə olmağın, uşaq doğub-doğmamaq sənin qərarındır” dedi”.
“Uşağı abort etdirməyim üçün mənə təzyiq göstərirdi”
“Uşağı abort etdirməyim üçün mənə təzyiq göstərirdi. Hamiləliyimin ilk aylarında xəstəxana məsrəflərimə kömək edirdi, daha sonra isə heç bir köməyi olmadı. Mənə daim təzyiq göstərməyə çalışırdı, başıma bir şey gələr deyə yaşadıqlarımı söyləmək məcburiyyətində qaldım. Berdan bəy doğuş vaxtı da gəlmədi. Berdan Mardininin oğlumun atası olduğu tibbi ekspertiza nəticəsində qəbul olunub və övladımı Berdan Mardininin üzərinə qeydiyyata salıdırmışam. Özü ilə görüşməmişəm, görüşməyi də düşünmürəm”.
“Berdan oğluna baxmaq məcburiyyətindədir”
“Berdanın indiki həyat yoldaşı da hər şeyi bilirdi. Bütün bunları bilə-bilə Berdana ərə getdiyinə görə, deməli heç nədən narahat deyil. Minimum əmək haqqı ilə çalışıram. Mənə bir –birinin ardınca iddia və şikayətlər açdılar”.
“Pul təklif etdi”
“Mən də ən sonda gedib iddia açdım. Davadan imtina qarşılığında mənə pul təklifi oldu. Kirayədə yaşayıram, amma bu təklifi qəbul etmədim. Uşağım atasını heç vaxt şəkildə görməyib. Oğluma atasının kliplərini göstərirəm heç bir reaksiya vermir. Berdan öz evindəki uşağına necə baxırsa, mənim oğluma da o cür baxmaq məcburiyyətindədir”.
Aytən Sadıqzadə