Bir sıra polis bölmələrində yoxlamalar aparıldı

15-05-2014, 18:28   
Bir sıra polis bölmələrində yoxlamalar aparıldı
Milli Preventiv Qrupun üzvləri Daxili İşlər Nazirliyinin (DİN) bir sıra bölmələrinə başçəkmələr həyata keçiriblər
Ombudsman Aparatının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri tərəfindən DİN-in Qanunsuz Miqrasiyaya Qarşı Mübarizə İdarəsinin Araşdırma Mərkəzinə, Suraxanı Rayon Polis İdarəsinin (RPİ) yeni istifadəyə verilmiş müvəqqəti saxlama yerinə (MSY), həmin RPİ-nin 32 və 33-cü polis bölmələrinə planlı başçəkmələr həyata keçirilib.

Başçəkmələrdə məqsəd saxlanılma şəraiti, saxlanılan şəxslərlə rəftar və əvvəlki başçəkmlər zamanı verilmiş tövsiyələrin icrası vəziyyətinin öyrənilməsi olub. Adıçəkilən müəssisələrin standartlara cavab verdiyi müəyyən edilib.

Qanunsuz Miqrasiyaya Qarşı Mübarizə İdarəsinin Araşdırma Mərkəzi 2013-cü ilin aprel ayından fəaliyyət göstərsə də, burada saxlanılan şəxs olmayıb.

MPQ-nin üzvləri Suraxanı RPİ-nin MSY-in 2014-cü ilin aprel ayında istifadəyə verilməsi nəzərə alınaraq, saxlanılma şəraitinin və digər məsələlərlə bağlı standartların bu müəssisənin yeni əməkdaşları tərəfindən öyrənilməsi məqsədilə qısa hüquqi maarifləndirmə təlimi keçiriblər.

Qeyd edək ki, başçəkmə zamanı MSY-də, 32 və 33-cü polis bölmələrində də saxlanılan şəxs olmayıb.

Həmin müəssisələrin rəhbərliyinə saxlanma şəraitinin daha da təkmilləşdirilməsi ilə əlaqədar müvafiq tövsiyələr verilib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.