Şeyxin varisi kim olacaq?

15-05-2014, 18:30   

Allahşükür Paşazadəni QMİ-də Hacı Fuad Nurullahinin əvəz edəcəyinə dair məlumatlar yayılıb

Bu gün JAM.AZ-ın elektron ünvanına Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) fəaliyyəti və onun rəhbəri Hacı Allahşükür Paşazadənin yerinə kimin gətiriləcəyi ilə bağlı maraqlı bir məlumat daxil olub.

Həmin məlumatda Hacı Surxay son bir ilə qədər QMİ-nin sədri postuna ən əsas namizədlərdən biri sayılsa da, onun nüfuzdan salınması və buraxdığı səhv üzündən bu şansını qaçırdığı vurğulanır. Qeyd edilir ki, Hacı Surxay Dağıstanın Dərbənd şəhərində QMİ-nin nümayəndəsi olub və orada siğə məsələsində buraxdığı səhv üzündən geri çağırılmışdı.

Bu posta əsas namizədlərdən biri kimi, «Məşədi Dadaş» məscidinin axundu Hacı Şahin Həsənlinin adı çəkilsə də, mənbə bunun da imkansız olduğunu iddia edir. O bildirir ki, Hacı Şahinin son fətvasından sonra durum tamam dəyişib və onun idarəyə sədr gətirilməsi məsələsi mümkünsüzə çevrilib.

Amma QMİ sədrinin yerinin boş qalacağı da inandırıcı deyil. Mənbə JAM.AZ-a göndərdiyi məlumatda qeyd edir ki, Hacı Allahşükür Paşazadənin yerini tutacaq şəxs Hacı Fuad Nurullahi olacaq. Bunun əsas arqumenti kimi, Hacı Fuad Nurullahinin İran, Türkiyə və ərəb ölkələrində də qəbul edildiyi göstərilir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.