Bilək kəsmək, zəhər içmək...- İntihara cəhd edən məşhurlar+Fotolar

5-06-2015, 23:09   
Onları həyatı kənardan lüks və problemsiz görünür. Şan-şöhrət və maddi cəhətdən çox da çətinlik çəkməyən məşhurlar sırasında intihar etmək istəyənlərə rast gəlmək olar.


“Qafqazinfo” intihara cəhd edən məşhurları təqdim edir:

Amerikanın məşhur aktrisası Halle Berry intihara cəhd edən simalardan biridir. O, basketbolçu həyat yoldaşı David Justice ilə boşandıqdan sonra özünü öldürmək istəyib.



Rəqqas Kevin Federline ilə problemli evlilik həyatı yaşayan müğənni Britney Spears 2006-ci ildə iki dəfə intihara cəhd edib.



Məşhur reper Eminem Kim Scott ilə sevgi həyatına son qoyduqdan sonra öz həyatına da son qoymaq istəyib. O, 1996-ci ildə zəhərli maddələrdən istifadə edərək özünü öldürmək istəyib.



Məşhur müğənni Elton Con da intihar etmək istəyən məşhurlar sırasındadır. Onun “Someone Saved My Life Tonight” mahnısı özünü öldürmək istədiyi anlardan bəhs edir.



Aktrisa Drew Barrymore 14 yaşında intihara cəhd edib. O, özünü öldürmək üçün mətbəxdə bıçaqla biləklərini kəsib.



Əfsanəvi ulduz, pop musiqisinin kralı Michael Jackson da intihara cəhd edən məşhurlar sırasındadır.



İntihar edərək dünyasını dəyişən tanınmışlar sırasında aktyor Robin Williams var.



Məşhurluğunun ən yüksək zirvəsində dünyasını dəyişən Marlyn Monroe da tez-tez intihara cəhd edib. Onun ölümü ətrafında bir çox söz-söhbətlər gəzir.










“Qafqazinfo”
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.