İspaniyanın nüfuzlu "El Mundo" jurnalı maraqlı məlumat yayıb.
Axşam.az-ın məlumatına görə, dərgi rus model İrina Şeyklə FİFA-nın bir neçə gün əvvələ kimi prezidenti olan Jozef Blatterlə sevgi münasibətlərinin olduğunu iddia edib.
79 yaşlı Blatterin 29 yaşlı manikenlə münasibəti təxminən 10 il əvvəl olub. FİFA prezidenti ondan əvvəl tennisçi İlona Boqusko ilə sevgili olub, sonra isə 2002-ci ildə öz qızının rəfiqəsi Qrasiella Bianka ilə evlənib. Lakin qısa müddətli evlilikdən sonra Jozef yenidən Boquska ilə görüşür. Məhz bu arada onun İ.Şeyklə də görüşdüyü istisna edilmir. Hazırda isə ali futbol qurumunun prezidentliyindən istefa verən Blatter Linda Barras ilə ailə qurub.
Çıxan şayiələr barədə Şeyk açıqlama vermək istəməyib.