Ər arvadını hədələdi: "Fahişəlik etməsən..."

16-05-2014, 10:49   

Türkiyənin Adana şəhərində 2 il əvvəl rəsmi nikahsız olaraq evlənən işsiz bir adam toy xərclərini ödəmək üçün həyat yoldaşını zorla fahişəliyə məcbur edib. Hadisə Adananın Seyhan mahalında baş verib. İddiaya görə, Murat A. (29 yaş) 2 il əvvəl P.A (22 yaş) ilə rəsmi nikahsız olaraq evlənib. Murat A. işsiz olduğu üçün toy borclarını ödəyə bilməyib. O, ARVADINI zorla fahişəliyə sürükləyərək borclarını ödəməyə başlayıb. P.A. fahişəlik edərkən iki dəfə polis tərəfindən tutulub, ona xəbərdarlıq edilib. P.A. fahişəlik etdiyi barədə sənədləri çantasına qoyaraq anasının yanına gedib. O, çantasını açıq qoyunca, anası F.A sənədləri görüb qızının fahişəlik etdiyini öyrənib. Qızından sənədlər barədə soruşduqda P.A. "Həyat yoldaşım məni toy borclarını ödəmək üçün fahişəliyə sürüklədi. Toy etdik, əşya aldıq, borcu ödəyə bilmədik, ərim "sən fahişəlik edərsən, ödəyərik" dedi. P.A-nın sözlərinə görə, o, ərinə "mən fahişəlik etmərəm" deyib: "Ancaq o, məni "etməsən, sənin üzünə turşu tökərəm, bunu birinə desən, onu da öldürərəm" deyə təhdid etdi. Ondan qorxduğum üçün fahişəlik etməyə başladım. O, mənə müştəri tapır, mən də 30-50 lirəyə kişilərlə birlikdə olurdum". Qəzən anası hadisə barədə əri S.A-ya danışıb. S.A. da oğlunu ilə kürəkənini evinə gedib. Onların aralarında yaranan davada 4 nəfər yaralanıb. Hadisə yerinə gələn polis tərəfləri polis mərkəzinə aparıb. Orada Murad A.-nın arvadını fahişəliyə məcbur etdiyi ortaya çıxıb. P.A. dərhal polis mərkəzinə çağırılıb. Qadın burada anasına danışdığı hadisələri polisə də danışıb və şikayətçi olduğunu deyib. Murat A. qadını zorla fahişəliyə məcbur etdiyinə görə həbs edilib. Murad A.-nın əvvəllər də fahişəliyə məcbur etmə, yerlə təmin etmək, narkotik ticarəti, sənədsiz silah saxlamaq üstündə həbsdə olduğu ortaya çıxıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.