Dindarlar ANS-i hədələdi: “qan tökərik…” – VİDEO

10-06-2015, 00:36   
Dindarlar ANS-i hədələdi: “qan tökərik…” – VİDEO



[media=https://www.youtube.com/watch?v=MVFfbVTpmKk]
ANS-in efirində yayımlanan “İncə maraqlar” verilişinin aparıcısı Elnarə Təhməzovanın hicablı qadınları təhqir etməsi dindarların böyük etirazına səbəb olub. Bununla bağlı axar.az xəbər verir ki, bu gün telekanala gedən bir qrup dindar aparıcının efir vasitəsilə üzr istəməsini tələb edib. Dindarların fikrincə, aparıcının işlətdiyi ifadələr bütün inanclı qadınlara təhqirdir.

Xatırladaq ki, aparıcı efirdə bu fikirləri səsləndirib: “İmam Hüseyn müsibəti adı altında profillər açırlar e, özlərinə… Sonra biz o profillərə girəndə o qədər orada lüt qız-oğlan şəkilləri görürük, biədəb… Birincisi, imama hörmət etmək lazımdır. Onun adına Feysbukda profil yox, səhifə açmaq lazımdır…”

İnanclı insanların isə bu sözlər xətrinə dəyib. Aparıcı deyib ki, “o qara-qura arvadlardansa, bayquş kimi belə… neqativ-filan görünməkdənsə, mənim xoşuma gəlir ki, hicabda, ancaq daha səliqəli görünsünlər”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.