Müğənni Petek Dinçöz porno kasetlə onu şantaj etdiyini əsas gətirərək keçmiş həyat yoldaşı Can Tanrıyara qarşı açdığı mənəvi təzminat iddiası rədd edilib.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, məhkəmə sənətçinin Tanrıyardan tələb etdiyi 100 min lirəlik təzminatın rəddinə qərar verib.
Qeyd edək ki, Petek Dinçöz “Beyaz TV”də yayımlanan “Söyləməzsəm olmaz” proqramında gözyaşlarına boğularaq köhnə həyat yoldaşının porno kasetlə onu hədələdiyini iddia etmiş və o vaxtlar baş nazir olan Rəcəb Tayyib Ərdoğandan kömək istəmişdi.
Könül
“Qafqazinfo”