Ərdoğandan daha bir qalmaqallı görüntü

16-05-2014, 11:22   
Ərdoğandan daha bir qalmaqallı görüntü
Somada kömür mədənində baş verən faciə yerinə gedən Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanın yeni videosu yayılıb. Bir qrup etirazçı tərəfindən Ərdoğana istefa şüarları səsləndirilərək etirazlar edilib.

Baş nazir isə həmin fəallardan yayınmaq üçün marketlərdən birinə girməyə cəhd edib. Ötən gün isə internetdə baş nazirin marketə doğru gedərkən bir şəxsi yumruqla vurmasını əks etdirən video yayılıb. Bundan sonra Ərdoğanla bağlı daha bir qalmaqalı video yayılıb. Videoda Ərdoğanın yumruqladığı şəxsin ünavanına “niyə qaçırsan ay İsrail dölü” ifadəsini işlətdiyi və onun qarşısında olan insanlardan birini boğması görünür.

Xatırladaq ki, Soma kömür mədənindəki partlayış mayın 13-də günorta saatlarında baş verib. Son məlumatlara görə, ölənlərin sayı 284-ə çatıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.