Dövlət Gömrük Komitəsi artıq inkişafdan danışmaq zorunda qalıb - Aydın Əliyev geri çəkildi

16-05-2014, 14:52   
Dövlət Gömrük Komitəsi artıq inkişafdan danışmaq zorunda qalıb - Aydın Əliyev geri çəkildi
Artıq iki gündür ki, dövlət gömrük komitəsində büdcədən və həm də dövlətdən, xalqdan gizlədilən milyonlarla bağlı, Aydın Əliyevin rəhbərlik etdiyi Dövlət Gömrük Komitəsinin qara mühasibatlığı ilə bağlı şok faktları diqqətinizə təqdim edirik. Və DİA.AZ-ın araşdırma qrupu ayrı-ayrı sahələr üzrə DGK-nın verdiyi hesabat rəqəmlərindəki yeyinti faktlarını bir-birinin ardından açığa çıxartmaqdadır.

Deyəsən, bu da Aydın Əliyevi hərəkətə keçməyə vadar edib. Və artıq DGK-nın yeni hesabatlarında əvvəlki illərdən fərqli olaraq DURĞUNLUQDAN yox, İNKİŞAFDAN xəbər verilməkdədir. Elə son rəqəmlərindən də aydın olur ki, keçən ilin son 4 aylıq dövrü ilə müqayiəsədə bu il 15 faizə qədər artım var.

Əslində burada hansısa artımdan söhbət getmir. Əslində vəziyyət tamam fərqlidir. Belə ki, DGK sadəcə olaraq qara mühasibatlıqdakı real rəqəmləri gerçək mühasibatlıq sənədlərinə transfer etməyə başlayıb.

Rəsmi məlumata görə, bu ilin yanvar-aprel aylarında Azərbaycan Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 463,916 mln. manat gömrük vergi və rüsumları köçürülüb.

Komitədən verilən məlumata görə, bu rəqəm ötən ilin analoji dövrü ilə müqayisədə 14,3% çoxdur.

Belə ki, daxilolmaların tərkibində 100,347 mln. manatı gömrük rüsumları, 341,550 mln. manatı ƏDV, 16,977 mln. manatı aksizlər, 5,041 mln. manatı isə yol vergisinin payına düşüb.

Hər halda, artıq gerçəkdən də İNKİŞAF var…
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.