Bu gün sosial şəbəkələrdə Sabirabad Rayon İcra Hakimiyyətində işləyən yüksək çinli məmurlardan birinin oğlunun əyləncəli və dəbdəbəli həyat t ərzi ilə bağlı fotolar yayılıb. İcra Hakimiyyətində işləyən Sabirabadın baş memarı Ağarəhim Ağayevin oğlu Ramil Ağayev dostları ilə dəbdəbəli həyat tərzini reklam edir. Şəkildə gördüyünüz avtomobilin sahibi Ramil Ağayev avtomobillərindən biri ilə istirahət edir. Rayondan verilən məlumatlara əsasən Sabirabadın baş memarı rayonda kifayət qədər zəngin adamlardan biri kimi tanınır. Onun xeyli sayda bahalı avtomobillərinin olduğu bildirilir.