Mehriban Xanlarova: “Lalə Dadaşovanın oğluyla yaş fərqinə görə ayrılmamışıq”

17-06-2015, 15:55   
Mehriban Xanlarova: “Lalə Dadaşovanın oğluyla yaş fərqinə görə ayrılmamışıq”
Əməkdar artist Mehriban Xanlarova keçmiş qaynanası, müğənni Lalə Dadaşovanın onun barəsində səsləndirdiyi fikirlərə münasibət bildirib.

Qeyd edək ki, Lalə Dadaşova qonağı olduğu “Günəbaxan” verilişində oğlu Zaurla Mehriban Xanlarovanın 20 il öncə evləndiyini söyləmişdi:

“Mehriban xanım gəlinim olub. Burda nə var ki? Mehribanı çox istəyirəm, tamaşaçılar onu alqışlasın. Bu evlilik 20 il qabaq olub. Oğlumla aralarında yaş fərqi vardı. Zaur mənə gəlib deyəndə ki, Mehribanla evlənmək istəyirəm, narazılıq etdim. Dedim ki, qətiyyən olmaz. Oğlum dedi ki, öldü var, döndü yoxdur. Mehribanı tanıyandan sonra beş əlli evlənmələrinə razı oldum. Övladları olmadığı üçün ayrıldılar. Oğlum evlənib, hələ ki, övladı yoxdur”.

Mehriban Xanlarova Ölkə.az-a açıqlama verərək məsələyə münasibət bildirib:

“Verilişə baxa bilməmişəm. Mənə evdən səsli göndərdilər. Yaş fərqimiz o qədər də çox deyil. Mən 1967-ci ildənəm, Zaur isə 1973-cü ildən olmalıdır. Camaat 20 yaş fərqiylə ailə qurur. Sadəcə anlaşmadıq və ayrıldıq. Oğlu ilə ayrılsaq da, Lalə xanıma böyük hörmətim var, görüşürük, danışırıq, dərdləşirik. Qaldı ki yaşa məsələsinə, ayrılmağımıza səbəb bu deyildi. Bəzi problemlər var idi, açıqlamayacağam. Bundan sonra evlənəcəksə, Allah onu da xoşbəxt eləsin. Mən də ailə quracağamsa, məni də həmçinin”.

Yenilik.Az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.