“Hər bir insanın həyatında müxtəlif çətinliklər olur. Bəlkə də mənim həyatımda Şuşa məsələsi olmalı idi”. “Axar.az” xəbər verir ki, bu sözlər Müdafiə nazirliyinə idarə rəisi təyin olunan və buna görə də gündəmə gələn məşhur general-leytenant Elbrus Orucovun bir zamanlar Azərbaycan mətbuatına verdiyi müsahibəsində yer alıb. Hərbi eskpert Cəsur Sümərinlinin paylaşdığı müsahibədə E.Orucov Şuşa haqqında danışır. Statusu olduğu kimi təqdim edirik: “Hər bir insanın həyatında müxtəlif çətinliklər olur. Bəlkə də mənim həyatımda Şuşa məsələsi olmalı idi. Şuşa olmasaydı, bəlkə də mən heç general rütbəsi almayacaqdım. Şuşa olmasaydı, bəlkə də mən öz əsgər və zabitlərimlə Goranboyu, Tərtəri qoruya bilməzdim. Artıq 10 ildir ki, atəşkəsdir. Mən cəmisi 7 gün Şuşada oldum. Həmin 7 gün saatbasaat mənim gözümün qarşısındadır. Müharibədə 7 gün böyük tarixdir. Vaxt gələcək, biz oraya qayıdacaq, o səhvləri aradan qaldıracağıq. Ona görə də mən hərbi-elmi fəaliyyətlə məşğulam". Bu gün Müdafiə Nazirliyində yüksək posta təyin olunan Elbrus Orucovun 2004-cü ildə "İstiqlal" qəzetində çalışarkən mən və Tofiq Mamedova müsahibəsindən...” Qeyd edək ki, general-leytenant Elbrus Orucov dünən Müdafiə Nazirliyinin Əməliyyat Baş İdarəsinə rəis təyin olunub. Bu vaxta qədər isə o, Azərbaycanın Gürcüstan və Özbəkistandakı səfirliklərində hərbi attaşe vəzifəsində çalışıb.