"Müqəddəs məşəli qəlyanla əvəz edib, ayıb olsun" - xalq artistindən Elzaya

19-06-2015, 17:56   

Xalq artisti İlhamə Quliyeva əməkdar artist Elza Seyidcahanın ünvanına tənqidi sözlər deyib.

Axşam.az-ın məlumatına görə, müğənni E.Seyidcahanın bu yaxınlarda başına məşəl qoyaraq efirə çıxmasını qınayıb.

“ATV Maqazin”ə açıqlama verən İ.Quliyeva bunları deyib:

“Müqəddəs məşəli qəlyanla əvəz edib, başına qoyub. Çox ayıb olsun. Belə olmaz".

İ.Quliyeva "Bakı 2015" İlk Avropa Oyunlarının açılışında səhnəyə çıxan dünyaca məşhur müğənni Ledi Qaqadan da bəhs edib:

"Ledi Qaqaya hörmətim artdı. Bizim adət-ənənələrimizi nəzərə alıb, səhnəyə uzun libasla çıxmışdı. Əsl dünya ulduzudur. Özü oturdu pianoda, çaldı və oxudu".

Xalq artisti onun mahnılarını oxuyan ifaçılara da xəbərdarlıq edib:

"Heç kim mənim möhürünü vurduğum əsəri oxuya bilməz. “Neyləmişəm”, “Göy göl” mahnılarını məndən icazəsiz oxuyan ifaçını Avropa Məhkəməsinə verəcəyəm. Onlar mənim üçün yazılıb”.

Qeyd edək ki, bu yaxınlarda xalq artisti Brilliant Dadaşova İ.Quliyevanın "Neyləmişəm" mahnısını oxumuşdu.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.