Tvitter sosial şəbəkəsi Rusiya qanunlarını pozmaqda davam edir və hökumətin tələblərinə əhəmiyyət vermir. Bunu Rusiya Federasiya Şurasının üzvü Ruslan Qattarov deyib. “Ən eybəcər münasibət Tvitterdəndi. Onlar hələ də Rusiya qanunlarını yerinə yetirmirlər, Roskomnadzorun tələblərinə zəif cavab verirlər. Söhbət şəxsi məlumatların qorunması və qadağan olunmuş məlumatların yayılması haqqında qanunu pozmaqdan gedir”, - deyə Qattarov bildirib. Tvitter korporasiyasının işçilərindən biri isə rusların bu addımına cavab olaraq öz mikrobloqunda belə yazıb: “Tvitter Putinə və ruslara tüpürdü. Qoy, Pitterdən istifadə etsinlər”.