Laçının boz kardinali

20-06-2015, 07:00   

Və ya bir dəfə həbs olunmuş təqaüdçü Musa və qeyri-ixtisas sahibi olan oğlu rayonun ən aparıcı kadırlarına necə çevriliblər?
Laçın rayonunda hal hazırda yaşı keçmiş, təqaüdçü cinayət məcəlləsinin 179.3.2 311-in bütan maddələri ilə və 318 maddələri ilə Ağır cinayətlərə qarşı məhkəmənin qərarına əsasən 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş, Musayev Musa köhnə əməllərinə göz yumaraq yenidən qanunsuz əməllərindən əl çəkmir və davam etdirir.
Verilən məlumata görə, Laçın Yol Sahəsinə rəis təyin edilən yaşlı təqaüdçü üçün maraqlı heçnə yoxdur. Çünki yaşı keçmiş Musaya pul qazanmaq heç zaman problem olmayıb. Sahə rəisinin hal hazıda gördüyü işlər göz qabağındadır. O, hətta Laçın rayonunda başqa sahələridə özəllişdirməyə başlayıb.
Bildirək ki, Laçın rayon Təhsil Şöbəsində oğlu Xalid Musayev təhsilə aid olmayan şəxsdir. Belə ki, onu qeyri-ixtisaslı kadr olaraq müqavilə əsasında məsləhətçi vəzifəsinə təyin elətdirib. Onuda qeyd edək ki, həmin vəzifə Prezident Yanında Dövlət Qulluğu Məsələlər Üzrə Komissiyası tərəfindən elan edilərək vakansiya olunur. Lakin həmin vəzifə gizli saxlanaraq, komissiyaya vakant vəzifə kimi verilməyib.
Onu da qeyd edək ki, Musa Musayevlə bağlı rayonda belə bir rəy formalaşıb ki, ona "Qara” quzu ilə ziyafət verən yaxın dostu Laçın rayonuna başçı təyin edilib. Buna görə də, idarə, müəsissə rəhbərləri hamısı indidən Musanın əsarəti altına düşüblər.
Laçın Yol Sahəsinə ayrılan pullara gəldikdə isə xərclər var, amma iş yoxdur. Yəni nə yol çəkilir, nə də buna cəhd olunur. Laçın Obalarına gedən yollara diqqət yetirsək, həmin yolları ancaq avtomobillə yox, ayaqla getmək daha da əl verilşli olar.
Qarşı tərəfin mövqeyin dinləməyə hazırıq./xalqxeber.az/
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.