“Kişilərə etibar yoxdur” – Röya

20-06-2015, 21:48   

Müğənni Röya Ayxana oğlu Hüseyn qadağa qoyub.

Yenilik.Az xəbər verir ki, Axşam.az-ın məlumatına görə, sənətçi bu haqda “Star life” açıqlamasında xəbər verib:

“Sürücümün nişanı idi. Oğlum da həvəsə gəldi. Deyir, mənim də sevdiyim var, Nabranda yaşayır. Getdik qızı Nabrandan gətirdik, nişanda ona da üzük taxdıq. Özü də qız ondan beş yaz böyükdür. Oğlum deyir sevirəm, nə edim. Hələ mənə qadağalar da qoyur. Evdə bir-iki ayaqqabılarımı götürüb gizlədib, qoymur geyinim. Deyir ki, bunları Samirəyə saxlamışam, toyda geyinəcək. Qız o qədər incə, zərifdir ki… Əgər böyüyəndə də onu sevərsə, əlbəttə alaram. Amma kişilərə etibar yoxdur. Qudamız da öz dayəsidir. Mən oğlumun peşə və həyat yoldaşı seçiminə qarışmayacam”.

Yaradıcılığından danışan müğənni dörd yeni mahnı üzərində çalışdığını deyib:

“Onlara klip də çəkdirəcəm. Amma mahnıları bir-bir təqdim edəcəm. Çünki bizim radiolara çox mahnı vermək olmur. Hələ onlar keçmişdə qalıb, CD təqdim etməyi bacarmırlar”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.