Ərdoğan mədənçilərin cənazə namazında

16-05-2014, 17:26   
Ərdoğan mədənçilərin cənazə namazında
Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan Soma faciəsi qurbanları üçün qılınan qiyabi cənazə namazında iştirak edib.

Ərdoğan əvvəlcə Eyyub Sultan Məscidində ailə dostu Altan Günayın cənazə namazında daha sonra isə Soma faciəsində həyatını itirən mədənçilərin üçün qılınan qiyabi cənazə namazında iştirak edib.

Mərasimdən sonra Ərdoğan İstanbuldakı Baş Nazirlik ofisinə gedib.

Xatırladaq ki, mayın 13-də yerli vaxtla saat 15.45-də Türkiyə Manisa vilayətinin Soma rayonundakı kömür mədənində dəhşətli partlayış baş verib.

Hadisə nəticəsində bu dəqiqəyə qədər 284 nəfərin dünyalarını dəyişdiyi təsdiqlənib. Hadisə nəticəsində çox sayda fəhlə müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.