Cəlilabadda məmur özbaşınalığı: Sosial mərkəzin direktoru icra başçısına qarşı

29-06-2015, 08:21   
Cəlilabadda məmur özbaşınalığı: Sosial mərkəzin direktoru icra başçısına qarşı
Son zamanlar ölkədə baş alıb gedən məmur özbaşınalığı əhalinin səbr kasasını doldurub. Demək olar ki, məmur və cammat arasında olan münasibətlər gərginliklərlə yadda qalır. Bununda səbəbi vəzifə sahibinin rüşvətlə işləməsi, camaatın isə rüşvət verə bilməməsidir.

Çünki heç kimə sirr deyil ki, ölkə əhalisinin çox qismi yoxsulluq içində əziyyət çəkir. Və, bu hal da, nə məmurları, nə də ki, hazır yeyən vəzifə sahiblərini maraqlandırır. Bu xüsusda olan narazılıqla dolu müraciət Cəlilabad sosial yardım mərkəzindən edilib.

Olkexeber.com-a üz tutan bir qrup yoxsul insanlar sosial yardım ala bilmədiklərini, sozugedən mərkəzdə rüşvət istəyi ilə süni maneələr yaradlıdığını bildirirlər. Onların dediyinə əsasən, yeniçə vəzifəyə təyin olunmuş mərkəz rəhbəri Azər Mirzəxanlı isə bütün problemlərin yaradıcısı kimi icra başçısının olduğunu deyir. Daxi olan məlumata görə vəzifəyə gələn gündən icra başçısı ilə yola getməyən Azər Mirzəxanlı özünə yaxın mediada rayon rəhbəri ilə bağlı məlumatlar da ötürür.

Deyilənlərə görə Cəlilabad icra Hakimiyyətindəki yeni “krişası”ndan təlimatlar alan Azər Mirzəxanlı demək olar ki, icra başçısı Əziz Əzizova gizli müharibə elan edib. Elə bu səbəbdən də icra başçısı faktorunu ortaya ataraq, yerli camaatı rayon rəhbərindən narazı salmağa çalışır. Görünən odur ki, bank sektorundan, idarəçiliyə gətrilən cənab Mirzəxanlı, rayona gəldiyi gündən bu günə qədər idarədə heç bir islahatlar amara bilmədiyindən, gücünü qara-piarla məşğul olmağa qoyur… Məsələ ilə bağlı icra başçısınında mövqeyini öyrənməyə çalışacağıq…
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.