Hüseyn Dəryanın qızından ürəkdağlayan sözlər (VİDEO)
29-06-2015, 13:15
Bu gün mərhum reper Hüseyn Dəryanın 40 yaşı tamam olur. ANS PRESS-in məlumatına görə, qəza nəticəsində vəfat edən reeperin həyat yoldaşı və qızı Ayşə “Günə Baxan”nın qonağı olub.
Ailəsi Dərya haqqında xatirəlrini bölüşüb. Qızı Ayşə atasının ikinci ad gününü də onsuz keçirdiyi üçün çox kədərləndiyini deyib. O atasını həmişə yaxşı, ürəyiaçıq, mehriban bir insan və reper kimi xatırlayacağını deyib.
“Mən inanıram ki o cənnətdə oturub bizə baxır. Mən onu çox istəyirəm. Heyif ki, bizdən ayrıldı. Artıq yoxdur və birdə olmayacaq. Amma hər zaman qəlblərdə yaşayacaq".
Ayşə verlişdə atasının ad günündə ona həsr etdiyi şeri səsləndirdi:
Bir atam vardı, adı-Hüseyin Dərya Adı da Dərya, özü də Dərya. O mənim atam, həm də canım idi, Xalqın sevimlisi, həm də xalqın-oğlu idi. Can Vətən- oxudu mənim atam Əhli-beyit dedi, mənim atam. Ya Allah-dedi, Ya Hüseyin dedi Ziyarətə getdi mənim atam. Olum ya ölüm dedi Qarabağa getdi, Vətən üçün döyüşdü, Vətən üçün vuruşdu mənim atam. Allah verdi sənə ikinci nəfəs, Bu həyatda doymadım sənə mən Aldım səndən bir gecə bəd xəbər, Ürəyim yandı, gözlərim doldu Dünya gözlərimdə saraldı-soldu. Görüşdük səninlə o son gecədə Aldın son nəfəsini mənim yanımda, Sızlayan canına, ağrıyan canına Qurbanam hər zaman, qurbanam ata. Dəryam – biz səni Allaha əmanət etdik Nurlar içində yatasan, atam-Dəryam.