Maqnat.tvArtıq dəfələrlə qeyd olunduğu kimi bölgələrdə fəaliyyət göstərən bir çox Tibbi-Sosial Ekspert Komissiyalarının yarıtmaz fəaliyyəti bu qurumların xidmətlərindən istifadə edən əlil və xəstə vətəndaşların çoxsaylı narazılıqları ilə müşayiət olunmaqdadır. Bu mövzuda vətəndaşların aidiyyatı olan qurumlara ünvanladıqları çoxsaylı şikayət ərizələrində TSEK rəhbərlərinin törətdikləri müxtəlif özbaşınalıqlara və ciddi qanun pozuntularına, yol verilən çeşidli korrupsiya hallarına dair ətraflı məlumatlar təqdim olunur. MAQNAT.TV daxil olan şikayət zənglərində, fəaliyyətində daha çox neqativ halların müşahidə olunduğu bu tip müəssisələrdən biri kimi də məhz 23 saylı Yevlax,Mingəçevir şəhər Regional Tibbi Sosial Ekspertiza Komissiyasının adı çəkilr. Buna baxmayaraq nə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, nə də digər aidiyyalı qurumlar tərəfindən bu saxtakarlıqlar ustasının əməllərinə son qoyulması istiqamətində hələ də heç bir tədbir görülməmişdir. Hətta Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ötən ilin noyabr ayının 29-da TSEK sədrlərinin iştirakı ilə keçirdiyi iclasın gedişində bir çox komissiya sədrlərinin işdən azad olunması və digər tədbirlər 23 saylı TSEK-in sədri Yaşar Allahverdiyev üçün tamamilə əhəmiyyətsizdir. Məhz bu səbəbdən də Yevlax səhiyyəsinin ağır durumu ilə bağlı rayon ictimaiyyəti tərəfindən redaksiyamıza ünvanlanan şikayət məlumatlarının sayı getdikcə artır. Mövzuya dair ötən yazılarımızda da biz artıq qeyd etmişdik ki, bu gün Yevalx rayon xəstəxanasına faktiki rəhbərlik də bilavasitə Yaşar həkim tərəfindən həyata keçirilir. Mənbələr iddia edirlər ki, hətta aşkar əlilliyi olan, məsələn, bir qolunu itirmiş vətəndaşlar belə bu vəziyyətin sənədləşdirilməsi üçün 200-300 manat rüşvət verməli olurlar. Artıq ətraf rayonlarda hamı bilir ki, əlillik dərəcəsi və pensiya almaq üçün hökmən rüşvət verməlisən. Belə ki, I qrup əlillik dərəcəsi almaq üçün minimum 2000 manat, II qrup üçün 600-700 manat, III qrup üçün isə 400 manat rüşvət tələb olunur. Pulu olmayan şəxslər isə fiziki qüsurlu olmalarına rəğmən bu dərəcələri ala bilmirlər. Bütün bunları nəzərə alaraq ehtimal edilirdi ki, yeni nazirin bu sahədə həyata keçirəcəyi islahatlar, strukturun məhz Yaşar Allahverdiyev kimi kadrlardan “təmizlənməsi” prosesi ilə başlaya bilər. Lakin göründüyü kimi 23 saylı TSEK-in sədri özünü bütün gözlənilməz “həmlələrdən” uğurla müdafiə etməyə nail ola bilir. Əbəs yerə deyimir ki, Yaşar Allahverdiyev ondan şikayət edəcəklərini deyən sakinlərə hər dəfə belə bir “tövsiyyə” ilə cavab verir: “Nazirlər gəldi-gedərdi, mən isə hələ uzun illər bu vəzifədə oturacağam digərlərinidə polislə hədələyir. Bəzənsə deyir ki, yüz yerə yazmaqdansa, tək bir mənimlə dil tapsanız, hamımız üçün daha yaxşı olar... ” Bununla belə mənbələr TSEK sədrinin konkret olaraq güvəndiyi nüfuzlu himayədarın kimliyinə dair hər hansı bir açıqlama verməkdə çətinlik çəkirlər.Yaşar Allahveridyev əlilik dərəcəsinin verilməsində regionda maklerlərin xidmətindən istifadə edir bu xidmət meqabilində onlara 200 manat ənnamda vəd edir.
Mövzuyla bağlı Yaşar Alllahverdiyevin mövqeyini öyrənməyə çalışdıq təəssüf heç bircavab verən olmadı.
Qarşı tərəfin münasibətinin nəzərə ala bilərik.
MAQNAT.TV