Dostumuz Akif Səlimovun əziz anası,Laçın həsrəti ilə haqqa qovuşan, cənnətməkan Sona xanımın əziz xatirəsinə
Aman Laçın yoxa çıxıb dözüm,
Anam Sona bu nisgili duydumu.
Necə deyim ayrılığın suyundan
Çəmənlərin, çiçəklərin doydumu.
Sən yatan torpağa qurbətmi deyim,
Qəlbimi yandıran həsrətmi deyim,
Yoxsa əbədilik möhnətmi deyim?
Həsrət mənə əbədilik paydımı..
Sınıq- ömrün sabahına umud yox,
Laçın adlı kədərimin payi cox,
Yurdumuzdan, yuvamızdan bizim bax,
Köçkün düşmək qismətimiz buydumu
Vəli Xramçaylı