Vaqonların yoxa çıxması ilə bağlı açıqlama

18-05-2014, 13:26   
Vaqonların yoxa çıxması ilə bağlı açıqlama
“Azərbaycan Dəmir Yolları” QSC-dən minlərlə vaqonun yoxa çıxması barəsində kütləvi informasiya vasitələrində yayılan məlumatlarla münasibət bildirib.

“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyinin rəhbəri Nadir Əziməmmədov ANS PRESS-ə açıqlamasında, yayılan məlumatların səhv olduğunu söyləyib.

“Azərbaycan Dövlət Dəmir Yolu Dövlət Proqramı çərçivəsində bir çox işlər həyata keçirir. Yollar təmir edilir, yeni vaqonlar alınır, yaxın zamanda yeni zavodların tikintisinə başlanacaq. Belə yazı yazmaqla kimisə gözdən salmaq istəyirlər. Amma onlar özlərini gözdən salırlar. Daşımalarla əlaqədar göstərilən rəqəmlərin heç bir düzgün deyil. Vaqonlar sovetlər birliyindən qalan vaqonlardı. Vaqonların da müddəti var. Bəzi vaqonlar var ki istismar müddətlərini baş vurub. Təmirə ehtiyacı olan vaqonları da biz artıq təmirə göndərmişik. 76 vaqon Rusiyada və Ukraynada təmir olunaraq artıq ölkəyə gətirilib. Digər vaqonlar da artıq təmir olub və ölkəyə gətirilir. Orada göstərilən göstəricilər yalnışdır və onların mənbəyi də məlum deyil”.- deyə, Əzməmmədov açıqlamasında bildirib.

Qeyd edək ki, iqtisadçı-ekspert Nemət Əliyev sosial şəbəkədə paylaşdığı məlumatlar kütləvi informasiya vasitlərində yayılıb. Məlumatlarda dəmir yollarında daşımların faizinin aşağı düşməsi, yük və sərnişin vaqonlarının sayının azalmasından bəhs olunur.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.