Robin Uilyamsı sui-qəsdə təhrik edən diaqnoz yanlış qoyulubmuş. Axar.az xarici mətbuata istinadən xəbər verir ki, əfsanəvi aktyor Robin Uilyamsa qoyulan parkinson diaqnozunun yanlış olduğu üzə çıxıb. Aktyorun ölümündən sonra onun nəşi üzərində araşdırma aparan həkimlərin gəldiyi nəticəyə görə, 63 yaşlı Robin parkinson xəstəliyindən deyil, demensiyadan əziyyət çəkirmiş. Proses üzərində işləyən mütəxəssislər aktyorun intiharının birbaşa yanlış diaqnoz ilə əlaqəli olduğunu istisna etmir. Xatırladaq ki, Robin Uilyams 2014-cü ilin 11 avqustunda Kaliforniya ştatındakı evində intihar edib.