Rus tələbə qızın İŞİD-ə qoşulmaq istəyinin motivi... sevgi imiş

4-07-2015, 13:22   
Rus tələbə qızın İŞİD-ə qoşulmaq istəyinin motivi... sevgi imiş
Moskva Dövlət Universitetinin (MDU) tələbəsi Varvara Karaulovanın atası Pavel Karaulov qızını İŞİD terror qruplaşmasına qoşulmağa vadar edən motivlər haqda danışıb. Musavat.com Rusiya KİV-ə istinadən verdiyi xəbərə görə, ata bildirib ki, bu addım onu virtual ünsiyyət vadar edib və nəticədə onda qaçış üçün motiv yaranıb.

“Bu, hər şeydən əvvəl sevgi ilə bağlı olub. Əlbəttə ki, bir çox başqa məqamlar da olub, ancaq bu da o sırada olmaqla” – qeyd edib Pavel Karaulov. O, qızının təkrar qaçacağından ehtiyatlanmadığını deyib və əlavə edib ki, Varvara təhsilini davam etdirmək istəyir, ancaq hələlik dəqiqləşdirməyib – MDU-da, yoxsa başqa ali məktəbdə.

Xatırladaq ki, Karaulova ötən ay MDU-da akademik məzuniyyət götürərək İŞİD sıraların qoşulmaq üçün Türkiyəyə getmiş, lakin burada hüquq-mühafizə orqanları tərəfindən Suriya ilə sərhəddə saxlanmışdı.

Rusiya xəfiyyəsi qızı qruplaşmağa cəlb eləmək istəyən kişini də müəyyən edib. Onlar 3 il imiş ki, internetdə yazışırmışlar. İŞİD-çi onunla evlənəcəyini vəd edərək Suriyaya gəlmək üçün dilə tuturmuş.

Musavat.com
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar