Səidə Sultanın aparıcısı olduğu "Əsl şou" verilişindən çıxması birmənalı qarşılanmayıb. Müğənnini sevməyənlər onun efirdən kənarlaşmasına sevinsələr də, onu dəstəkləyənlər də var.
Verilişdən uzaqlaşması barədə Səidə açıqlama vermək istəməsə də, sosial şəbəkədə maraqlı bir foto paylaşıb.
Milli.Az publika.az-a istinadən bildirir ki, şəkildə isə belə fikir əks olunub.
"Mən təkəm... amma bir ordu çaqqala qarşı dayanmışam".
Xatırladaq ki, ifaçının müğənni həmkarı Rəhim Rəhimli ilə veriliş zamanı etdiyi zarafatı xoş qarşılanmamışdı. Nəticədə "Space" telekanalının rəhbərliyi onu verilişdən uzaqlaşdırılıb.
Milli.Az