Böyük Britaniyadan qaçaraq İraq-Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasına qoşulan məktəblilər orada özlərinə ər tapıblar. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, 3 məktəblidən 2-si orada ərə gedib.
İki məktəbliyə valideynləri ilə əlaqə yaratmağa və İŞİD-in nəzarətindəki ərazilərdəki öz həyatları barədə danışmağa icazə verilib. Onlardan biri evlərinə telefonla zəng vurub, digəri sosila şəbəkə vasitəsilə əlaqə qurub.
İŞİD-in Rakka şəhərindəki əsas bazasında olan qızlar deyiblər ki, bir neçə həftədir bir-birindən ayrı yaşayırlar. Onları ərə müsəlman adəti ilə veriblər.
15 yaşlı Şamima Bequm və Amira Abase, 16 yaşlı Kadiza Sultana fevral ayında valideynlərindən gizli Böyük Britaniyadan Suriyaya qaçıblar. Yeniyetmələr Londonun qərb hissəsindəki Betnal-Qrin kollecinə gedirdilər.
Modern.az