Laçında idarə müdirinin adamı kişiləri də analıq məzuniyyətinə göndərir

6-07-2015, 09:40   
Laçında idarə müdirinin adamı kişiləri də analıq məzuniyyətinə göndərir

Bir zamanlar həbsdə olmuş Yol İdarəsinə rəhbərlik edən Musa Musayev rayon Təhsil Şöbəsində bildiyini edir

Ötən günlərdə xəbər vermişdik ki, Laçın rayon Yol İstismarı İdarəsinin müdiri Musa Musayev yaxın adamlarından birinin icra başçısı təyin ediləcəyi ilə bağlı məlumat yaydıraraq, bütün məmurları başına yığıb. JAM.AZ-a daxil olan məlumatda deyilir ki, sözügedən şəxs bir müddət həbsdə yatmasına baxmayaraq, idarə müdiri vəzifəsinə qədər yüksələ bilib.

Onun bu posta necə sahibləndiyi məlum deyil. Amma məlum olan odur ki, Musa Musayev artıq Laçında bir sıra sahələri əlinə keçirə bilib. Məsələn, rayon təhsil şöbəsində çalışan oğlunun əliylə bir sıra işlər gördüyü rayonda hamıya məlumdur. Və ya bu günlərdə JAM.AZ-a daxil olan məlumatda vurğulanır ki, adıçəkilən şəxs Laçındakı orta məktəblərdən ikisinə direktoru öz adamını təyin edib.

İşin ən maraqlı tərəfi odur ki, Musa Musayevin tapşırığı əsasında direktor təyinatı almış həmin adamlar pul qazanmaq üçün olmazın vasitələrə əl atırlar. Məsələn, həmin orta məktəblərdə təkcə qadınları deyil, hətta kişiləri də analıq məzuniyyətinə buraxırlar. JAM.AZ-a verilən məlumata görə, bu məsələ müvafiq dövlət qurumları tərəfindən araşdırılıb və problem o zaman üzə çıxarılıb. Amma yenə də müəmmalı şəkildə məsələ həll edilib.

Bundan əlavə, Musa Musayevin hələ Dövlət Sosial Müdafiə Fondunda işlədiyi zaman bir sıra əyinti və yeyintilərə yol verdiyinə dair iddialar da var. Həmin məlumatlarda iddia edilir ki, hazırda Laçın Yol İstismarı İdarəsinin müdiri işləyən sözügedən şəxs o zamanlar külli miqdarda yeyintiyə yol verib.

Qarşı tərəfi də dinləməyə hazırıq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.