Hörmətli Kütləvi İnformasiya Vasitələrinə,
jurnalistlərə, qəzet və sayt baş redaktorlarına,
Cəlilabad rayon sakini, Məhəmməd Hadi küçəsi
ev 54 ünvanında yaşayan, 1993-cü ildən YAP-nın fəal üzvü
Cabbarov Əfqan Mirhüseyn oğlu tərəfindən
Şikayət
Hörmətli Kiv!! Bu Sizə ünvanladığım ikinci müraciət və Cəlilabad rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri İsa Allahverdiyevin Cəlilabad mədəniyyətini məhv etmək təhlükəsi, korrupsiya əməlləri, cinayət işləri ilə bağlı ikinci dəfə təqdim edəcəyim faktlardır.
Hörmətli Kiv!! Sizə etdiyim birinci müraciətdən sonra İsa Allahverdiyev və onun yaxınları tərəfindən mənə qarşı hədələr, ölüm təhdidləri, telefonuma nömrəsiz zənglər, məni oğurlamaqla bağlı qorxu gəlməyə başlanıldı. Mən də möhtərəm Prezidentimizin biz vətəndaşlara çağırış edərək belə şəxlər barəsində dərhal məlumat verməyimiz tapşırığını əsas tutaraq Sizə, eyni zamanda yuxarı orqanlara məlumat verməyə başladım. Və icazənizlə diqqətinizə çatdıraraq bəyan edirəm ki, bu işdən əl çəkməyəcəyəm, İsa Allahverdiyev qanun qarşısında cavab verənə qədər, işdən çıxana, həbs olunana qədər, dövlətdən mənimsədiyi on minlərlə manat dövlət vəsaitini dövlətə qaytarana qədər, məndən rüşvət şəklində işdən çıxdığım günəcən aldığı və işdən haqsızcasına çıxardaraq ziyan vurduğu üçün 4000 manat pulumu geri almayana qədər haqqımı canım bahasına da olsa tələb edərək davam edəcəyəm.
Canab nazir! İsa Allahverdiyevin dövlətimizə külli miqdarda ziyan vurduğu pul vəsaitinin geri qaytarılması, eyni zamanda davamı olaraq aşağıda sadalayacağım çoxsaylı bu qatı cinayət xarakterli məsələlərin həll olunması istiqamətində, şəxsən məndən mənimsədiyi 4 min manat pulumun mənə qaytarılması üçün bu məsələni Siz kütləvi informasiya vasitələrinin köməkliyi ilə möhtərəm cənab Prezidentimizə, eləcədə
hüquq-mühafizə orqanlarının rəhbərlərinə çatdrılmasında mənə köməklik etməyinizi Sizdən xahiş edirəm. Çünki bu yalnız güclü dövlətçiliyimizin, ölkəmizin günü-gündən çiçəklənməsi naminə atılan addımdır və bu işlərə kölgə salan İsa Allahverdiyev kimi korrupsioner, ictimaiyyət içində hörməti qalmayan bir məmurun zərərsizləşdirilməsi üçün görülən işdir.
Belə ki, Mədəniyyət şöbəsinin müdiri İsa Allahverdiyev haqqında müxtəlif adamlardan və şəxsən məndən onlarla yuxarı orqanlara şikayət edildiyinə məhəl qoymayaraq daha da əsəbi şəkildə işçilərdən yenidən pul yığımağa davam edir, eyni zamanda inventar və avadanlıqların satın alınmasında iştirak edən MMC-lər vasitəsilə on minlərlə dövlət vəsaitini talan etməkdən çəkinmir.
Mən bu dəfə bu faktları, korrupsiya əməllərini konkret rəqəmlərlə, işlək vəziyyətdə olmayan, mal-qoyun tövlələrində “fəaliyyət göstərən” klublar, mədəniyyət evi və kitabxanalar haqqında foto faktlar və canlı video vasitəsi ilə Sizə təqdim edəcəyəm. Pensiya yaşına çatmış onlarla mədəniyyət işçisinin İsa Allahverdiyevə külli miqdarda rüşvət verərək (Dövlət qulluğu haqqında qanuna əsasən ildə 55 manatdan yuxarı rüşvət sayılır) bir il daha işdə qalması üçün müqavilə bağlayırlar. Eyni zamanda belə faktlar da mövcuddur ki, bəzi pensiya yaşı çatmış işçilərin isə qohumlarının adını yazaraq pullarını yarı bölür işə ancaq hərdən yenə həmin pensiyaner işçi gəlir. Işdən ərizəsi olmadan, pul vermədiyinə görə azad etdikləri işçilərə sonradan hədə-qorxu gəlir ki, məndən yazsanız sizi şərləyərək həbs etdirəcəm. Belə haqsız olaraq pul vermədiyinə görə işdən kobudcasına çıxarılmış, qovulmuş onlarla işçini qeyd etmək olar. Buna misal olaraq bu şəxsləri göstərə bilərəm(soyadları dəqiq olmaya bilər, amma adları dəqiqdir). Məmmədov Mahir, Qasımov Mircavad, Şərbətov Ramiz, Əliyeva Ədilə, Ağayev Şakir, Cəbrayılov Toğrul, Yaqubova Naibə və s. Qeyd edə bilərəm. Adını çəkdiyim işçilərin hansı vəziyyətdə işdən çıxarılmalarına birbaşa şahidlik etmişəm. İsa Allahverdiyevin çirkin əməllərinə,
korrupsiyaya, rüşvət tələbinə, idarəsizliyinə, idarədə yaratdığı xaosa , anarxiyaya, özbaşınalığa etiraz etdiklərinə görə işdən uzaqlaşdırılıblar.
Konkret olaraq Yaqublu Naibə, İsa Allahverdiyevə işə düzəlmək üçün 700 manat pul verib. Qızı musiqi məktəbinə işə düzəltmək adından aldadaraq mədəniyyətə işə düzəldib və söz verib ki, beş, on günə səni ora düzəldəcəyəm. Lakin qızın ixtisası musiqi müəllimliyi olduğu üçün qız təcili olaraq işinin dəyişdirilərək musiqi məktəbinə düzəltməyi xahiş edib. İsa Allahverdiyev də orda dərs saatı yoxdur biraz burda işlə sonra baxarıq deyib. Iki ay Mərkəzdə işləyən Yaqublu Naibə işin düzəlmədiyini görüb verdiyi pulu geri tələb edərək işdən çıxmaq istədiyini bildirib. İsa Allahverdiyev isə sən burda işləyibsən artıq pul filan yoxdur, ya işlə pulunu çıxart ya da könüllü çıx get. Bu 700 manat pulun alınması söhbətində qızın atası dəfələrlə idarəyə gəlmiş, parkda uca səslə söhbətləri olmuş, rayon sakinlərindən eşidənlər olmuş və narazılıq yaranmışdır. Sonunda məndə olan məlumata görə İsa Allahverdiyev söhbətin dərin olduğunu görüb, qızın atasına 500 manatı qaytarmış 200 manatını isə vermirəm, qız işləyib maaş alıb deyə bildirmişdir. Belə açıq bazar olarmı? Göz görəsi şəkildə beş on manat pul yığmaqdan ötrü belə oyunlardan çıxmaq biabırçılıq deyilmi?! Çəkinmədən, heç kimdən icazə almadan öbaşınalıq edərək kimi istəyir pul alır işə götürür, kimi də istəyir pul verməyəndə, gözünə pis dəyəndə işdən çıxardır. İsa Allahverdiyev beş para pula görə rəhbərliyini aldadır və yaşlı, qoca bilmədən pul müqabilində işə işçi götürür. Danılmaz faktdır ki, gəncləri çıxarıb yaşlı insanları işə qəbul edir. Məndə kifayət qədər belə faktlar vardır. Digər işçi Toğrul Cəbrayılov isə birmənalı olaraq hələ mən işlədiyim müddətdən İsa Allahverdiyevə pul vermədiyinə görə yola getmirdi. Həmişə təzyiqlərə məruz qalırdı. Barəsində nizam-intizam tədbirləri görülürdü. Halbuki mədəniyyətin qapısını tanımayan yüzlərlə işçilər İsa Allahverdiyevə pul verdiklərinə görə başqa işlərlə məşğuldurlar. Heç adları belə çəkilmir.
İsa Allahverdiyev vəziyyətdən yeni çıxış yolu tapıb. Öz başına müxtəlif üzə duran adamları toplayaraq kim ondan şikayət etdisə, gözünə pis dəydisə, yaxud həmin adamı özündən təmiz, heç bir yerdə adı hallanmayan vicdanlı birisi bildisə bu onun müdir yerinə təhlükəlidir deyib başlayır həmin adamları vasitəsilə o vicdanlı adamı ləkəməyə, şikayətlər etdirməyə. İsa Allahverdiyev danılmaz fakdır ki, vaxtilə xalq cəbhəsinin ən qatı fəallarından olduğuna görə dövlət üçün təhlükəlidir və indiki dövlətimizi, hakimiyyətimizi istəməyən adamdır. Belə olmasaydı hakimiyyət nümayəndələrindən şikayətlər yazdırmazdı(belə faktlar çoxdur).
Hörmətli Kiv!! Mən işdən çıxdıqdan sonra uzun müddət İsa Allahverdiyevə dəfələrlə işə qayıtmağım üçün, yaxud başqa iş verməsi üçün müraciət etmişəm. İsa Allahverdiyevdən hər dəfə soruşanda ki, niyə məni işdən azad etdin qərəzli şəkildə? O həmişə deyirdi ki, sən cəzalı matrossan bu idarədə, çünki işçilərin yanında mənim aylıq hesabımı verməkdən boyun qaçırıbsan, onların da yadına salıbsan ki, pul verməmək də olarmış. Mən ondan yenidən iş istəyəndə mənə dedi ki, get pul gətir səni başqa işə verim. Hazırda boş yerim var. Qısası İsa Allahverdiyev məndən 5 min manat rüşvət istəmişdir. Mənə dedi ki, 5 min manat pul verə bilsən səni inventarlarla əlaqədar buxalter (mühasib) vəzifəsinə, Hacı Xanoğlanın yerinə təyin edə bilərəm. Onsuz da onunla hər il müqavilə bağlayaraq vaxtını artırırıq, bu dəfə bağlamarıq, təbii ki, 5 mini versən. Mən də ona dedim ki, müdir 5 min çoxdur nə danışırsız, haqsız yerə bir belə pul istəmə, rüşvət yox sənə şirincəyliy verərəm, hörmət edərəm dedi ki, yox verməsən mümkün deyil. Onsuz da pul verən çoxdur birindən alıb işə götürəcəm. Və otağımı tərk elə dedi işim var, açot edirəm. Kimə nə qədər ştat verəcəm nə qədər pul alacam onu sayıram. Sən də gətir ver razılıqla səninlə də hesablaşaq işləyək. Pulunu ver şəkilini çəkdir, mədəniyyətdə belədir. Əlavə nalayiq və dövlətçiliyimiz əleyhinə elə pis sözlər, vətənimizə zərbə vuracaq qədər sözlər işlətdi, mən o faktları izhatımda bildirəcəm.
Məlumatın dəqiqliyi üçün bildirim ki, Hacı Xanoğlanın 65 yaşı çoxdan tamam olub. İsa Allahverdiyev hər il ondan külli miqdarda rüşvət tələb edib alaraq vaxtını uzadır. Elə deyilsə bəs yerinə nəyə görə başqa kadr götürülmür? O qədər diplomlu gənc kadrlar varki! Ümumiyyətlə və Şəxsən mənə qarşı olan bu rüşvət tələbinin bir cəzası olmayacaqmı?
Mədəniyyət və Turizm şöbəsində yaşı 65-i, hətta 70-i ötən onlarla işçi çalışır. Bunların da əksəriyyəti xəstə, işə güclə gələn, işdə az-az görünən işçilərdir və demək olar ki, hamısı İsa Allahverdiyevə pul verərək qanunsuz şəkildə müddətlərini uzadırlar. Deyək ki, çörək pulu qazanmaqları naminə kimlərsə pul verib vaxtını uzatdı və göz yumduq. Bəs insan vicdanına toxunan faktları hara yazaq? Ürəy sızladan fakt bundan ibarətdir ki, İsa Allahverdiyev iki əsr şərəflə, vicdanla Cəlilabad rayon Musiqi məktəbinin direktoru işləmiş, korifey mədəniyyət işçisi, musiqi məktəbinin kralı, Cəlilabad mədəniyyətimizin adı, səsi Əvəz Şəbiyevi pul vermədiyinə görə heç bir vicdana, şərəfə sığmayan yezidi şəkildə işdən azad etdi. Ən faciəlisi isə ad günündən dərhal sonra, yəni 65 yaşı tamam olduqdan bir az sonra işdən azad etdi. Ona görə ki, Əvəz Şəbiyev əqidəli və ixtisaslı bir kadr olduğu üçün pul vermədi. İsa Allahverdiyevin rüşvət tələbini şəxsiyyətinə sığışdırmayaq razılaşmadı, könüllü şəkildə işdən getdi. İsa Allahverdiyev kimi tarix müəllimi işləyə bilməyən,rəhbərliyi bacarmayan,idarə müdiri adına yaraşmayan, amma mədəniyyət müdiri olan bir adamın tarixi mədəniyyət işçisi Əvəz Şəbiyevi çıxarmağa necə haqqı ola bilərki?(65 yaşı keçmiş onlarla yararsız işçilər qala-qala). Əvəz Şəbiyevin yerinə ilk növbədə güclü pul verən bir adam hazırladı. Yaxşı da pul aldı. Sonradan isə İsa Allahverdiyevin pul alaraq tapdığı, musiqidən bixəbər zavallı pullu kadrı yuxarıdan ixtisasına uyğun gəlmədiyi üçün işə təyin etmədilər. Başqa bir adam verdilər. Heç buna dəyərdimi? İsa Allahverdiyevin vicdanı sızlamadımı? əlbəttə ki yox! Bildirim ki, Əvəz Şəbiyev 65 yaşı tamam olsa da çox şux və özünə baxımlı kişi olduğundan heç 50 yaş vermək
olmur. Lakin axsaq, ruhi xəstə, çəliklə yeriyən və s. 70 yaşlılar hələ də “işləyir”.
Mədəniyyyət üçün bir faciəvi qurban da Cəlilabad rayonunda, eləcə də respublikanın rayonları içərisində ən ideal klubun müdiri olan, bütün işçiləri ilə ümumrayon və respublika səviyyəli tədbirlər təşkil edən Miralim Bağırov oldu. Miralim Bağırov da Əvəz Şəbiyev kimi əqidəli bir insan olduğu üçün özünü pula satmadı. İsa Allahverdiyev Miralim Bağırovu da 65 yaşı tamam olduğuna görə düz ad gününün səhərisi sevincək şəkildə işdən azad etdi. Əvəzinə isə görün kimi götürdü? Əvvəlki müdirin Əmək Məcəlləsinin 70-ci maddəsinin c bəndi ilə işdən azad etdiyi işçini (fakt kimi yerində yoxlanıla bilər). Bütün bunların əvəzində isə kimləri işdə saxlayır? Mərci-noxud töycüsü yaşı 65-i çoxdan ötmüş məsləhətçi vəzifəsində 42 ildi işləyən Aydın Mustafayevi və yenə də yaşı 65-i illərdir ötmüş, Mədəniyyətin ağ saçlı ləqəbi ilə məşhur olan inventarlarla əlaqədar mühasib Hacı Xanoğlan Bəhmənovu. Bu qədər haqsızlıqları hara yazmaq olar?! Vicdan qəbul edərmi?! Mədəniyyət şöbəsinə müdir təyin olunduqdan sonra İsa Allahverdiyev mercedes markalı bahalı avtomobil aldı(halbuki vəzifəyə gəlməmişdən qabaq maşını yox idi), evini lüks təmir etdirdi, on min manatdan çox sələmi var idi onu bağladı, qorxusundan heç kimə bildirmədiyi gizlin bizneslər qurdu, gecikmiş kreditlərinin hamısını vaxtından əvvəl ödədi bitirdi. Bütün bunlar yalnız dövlət vəsaitinin mənimsənilməsi hesabına reallaşdı. Necə olur ki, bəs müdir təyin olunmamışdan qabaq bu işləri görə bilmirdimi? İsa Allahverdiyev sanki nağıllar aləminə düşüb. Görmədiyi, qazanmadığı pulları Cəlilabad rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri təyin olunandan sonra görməyə, qazanmağa başladı. Aidiyyatı qurumlar hələ də susur. Yoxlamaya gələnlər isə naməlum səbəblərdən heç bir sənədi belə qaldırıb baxmırlar ki, görsünlər iş hansı səviyyədədir. Əmək müfəttişliyi, digər qurumlar heç biri indiyə kimi dərindən Mədəniyyət və Turizm şöbəsində yoxlama aparmayıb. Vəziyyətlə yaxından tanış olmayıb. Bu
yaxınlarda əmək müfəttişliyi gəlib yoxlama apardı, lakin heç bir səhv tutmadan, tədbir görmədən getdilər. Belə hallar hər il təkrarlanır, yoxlamalar işə obyektiv yanaşmırlar. Halbuki Istənilən bir sənəddə səhv tapmaq mümkündür. Işçilərin heç birinin şəxsi işi demək olar ki, düz deyil. Pulu alıb işə götürüblər, vəssalam. Işçilərin şəxsi işləri idarədə deyil. Hərəsi bir tərəfdə, evlərdə pərakəndə haldadır. Vəziyyət çox acınacaqlıdır. Dövlətin vəsaiti İsa Allahverdiyev tərəfindən göyə sovrulur.
Məndə olan məlumata görə İsa Allahverdiyev işlədiyi müddətdə yüz min manatdan çox dövlət vəsaitini mənimsəmişdir. Buna sübut kimi bahalı maşınını, evinin təmirini, gündəlik özünə qulluq edərək xərclədiyi məsrəfləri göstərə bilərəm. Mədəniyyət və Turizm Nazirliyi tərəfinən ayrılmış büdcə vəsaitləri də təyinatı üzrə istifadə olunmur. Bu vəsaitlərin böyük bir hissəsi qeyri-qanuni maxinasiyalar, şişirdilmiş smetalar, müxtəlif silinmələr yolu ilə İsa Allahverdiyev tərəfindən mənimsənilir. Cəlilabad rayon Mədəniyyət və Turizm Şöbəsinə ötən ilin ilk 6 ayı ərzində ayrılmış pulların aqibəti də məlum deyil. Cari təmir işlərinə sərf olunmalı olan 62510 manatdan kimsənin xəbəri yoxdur. Əsaslı təmir işlərinin satın alınması üçün ayrılmış 28000 manata isə İsa Allahverdiyevin öz evini təmir etdirdiyi şübhələri həqiqətə tam olaraq yaxındır. Çünki yuxarıda qeyd etdiyim kimi evini yaxın zamanlarda lüks təmir etdirib. Bu ildə də şişirdilmiş rəqəmlər hesabına külli miqdarda yeyintilər aşkar olunubdur. Yeni korrupsiya və cinayət faktları ilə bağlı bu haqda ətraflı yazılarımın davamı gələcəkdir.
Qeyd: Məktuba əlavə olunur.
İsa Allahverdiyevin rüşvət müqabilində, Mədəniyyət və Turizm nazirinin rəsmi əmrlərinə, qərarlarına, göstəriş və tapşırıqlarına məhəl qoymayaraq çoxdan bağlanmalı olan, lakin pul yığımı faktoru, korrupsiya əməlinə görə bağlamayan klub, kitabxana, mədəniyyət evlərinin foto faktları.(əksəriyyətindən aylıq ortalama 400-500 manat yeyinti faktı)
Hörmətlə,
Həqiqət yolu qəzetinin bölgə müxbiri Əfqan Miroğlu