Ermənistan hakimiyyəti ölkəyə Sovet dövrünün ruhunu qaytarır. "Axar.az" xəbər verir ki, bu sözləri erməni jurnalisti Edmond Azadyan öz yeni yazısında qələmə alıb. Azadyan Ermənistan rəhbərliyinin məhz Putinə yarınmaqdan ötrü Sovet dövrünün təbliğatını həyata keçirməyə başladığını bildirib: "Ermənistan rəhbərliyi Anastas Mikoyanın heykəlini şəhərin mərkəzində ucaltmaq istəyir. Tez bir zamanda isə buna iqtidar və digər yönlərin hər biri səs verdilər. Bəs bu milli ideologiyanı öldürmək deyilmi? Ermənistan rəhbərliyi bununla Sövet dövrünün ruhunu geri qaytarmağa çalışır. Uzun müddət aparılan azadlıq mübarizəsi də bununla başa çata bilər".