İcra hakimiyyətinin başçısı Akif Səlimov qısa müddətdə Laçıda eybəcər mühit yaradıb
Laçın rayonunda ciddi qarşıdurma yaranıb. İcra hakimiyyətinin başçısı Akif Səlimov qısa müddətdə rayonda eybəcər mühit yaradıb. Bu barədə “Xeber.İnfo”nun elektron ünvanına məlumat daxil olub. Həmin məktubu olduğu kimi təqdim edirik;
“Laçın rayonunda ciddi qarşıdurma yaranıb. İcra hakimiyyətinin başçısı Akif səlimov qısa müddətdə rayonda eybəcər mühit yaradıb. Rayonda daha çox nüfuza, hörmətə malik insanları zərərsizləşdirmək üçün bütün variantlardan istifadə edir. Onları şantaj etdirib əhalinin gözündən salmaqla özünə gələcəkdə rəqib ola biləcək kim varsa hamısını sıradan çıxarır. Bu metoddan o, əvvəllər polis rəisi işləyərkən istifadə etmiş, lakin ugursuzluga düçar olmuşdu. Akif Səlimovu bu cür iyrənc əməllərinə və rüşvətxorluguna görə, Goranboy və Qax rayonlarından rüsvaycasına qovmuşdular. Həmin vaxtlar onun köməyinə əvvəlki baş prokuror Eldar Həsənov çatmışdı. Eldar Həsənovla Akif Səlimovun münasibətləri ikincinin vaxtı ilə daha yaxın münasibətdə oldugu ciddi bir məmuru satması olmuşdu. Bu cür manevrlər etməklə məqsədinə çatan Akif Səlimov sonda öz həmyerlisi Zakir Fərəcov kartından məharətlə istifadə edib, icra başçısı arzusunu reallaşdırdı. Öz məqsədinə çatdıqdan sonra isə ənənəsinə uygun olaraq Zakir Fərəcovu ictimai rəydə gözdən salmaqla özünün ondan asılılığından xilas olmaq məqsədilə davranır. Abşeron rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun qardaşı Laçın rayonunndan deputat şeçilmiş Nazim Fərəcovun əhali ilə sıx təmasda olmamasından məharətlə istifadə edib onun haqqında mənfi rəy yarada bilən Akif Səlimov bununla Laçında Fərəcovlar hakimiyyətinin təsirini azaltmaq fikrindədir. Bu gün rayonda gedən hakimiyyət savaşı faktiki rayon sakinlərini hakimiyyətin bütün qayğılarındandan mərhum edib. Nəzərə alsaq ki, ölkə rəhbəri əhaliyə xüsusi diqqət göstərməyi məmurlar qarşısında əsas vəzifə qoymuşdur, Laçında bu gün mövcud olan vəziyyətdən nəinki ölkə rəhbərliyinin, sanki heç ALLAHın da xəbəri yoxdur. Akif Səlimov belə düşünməsəydi doğulub, böyüdüyü, çörəyini yediyi doğma rayonunu vəhşicəsinə talamaz, laçınlılara bu qədər zülm etməzdi. Təyinatının ilk günündən rayonu hərraca çıxaran bu dəllal kiçikdən böyüyə bütün vəzifələri bazar qiymətləri ilə satdı. Qəribəsi budur ki, ona “gözün üstə qaşın var” deyən olmadı.
Artıq Laçındında uşaqdan böyüyə hamı bilir ki, Akif Səlimov yığdıgır rüşvəti prezident aparatının kuratoru Rövşən Agayevlə bölur. Əlbəttə, Akif Səlimovun tabeliyindəki məmurlardan aylıq alarkən Rövşən Agayevi razı salmaq lazımdır, deməsi bunu təsdiq edir. İş o həddə çatıb ki, icra başçısının birinci müavini İlham Quliyev açıqca rüşvət yıgmaqla məşguldur. Ona konkret Akif Səlimovova kapital yıgmaq tapşırılıb. Rayon maliyyə şöbəsinin müdiri Ramiz İsayev başçının həmkəndlisi və qohumudur, rayonun bütün büdcəsi Akif Səlimovun nəzarətində və istifadəsindədir. Heç bir müəssisə rəhbəri öz büdcəsini idarənin təyinatı xərclərinə yönəldə bilməz, yaşillaşdırma adı ilə ayrılan küllü miqdarda vəsait icra başçısının cibinə gedir. Rayonun təhsil, mədəniyyət, səhiyyə, maliyyə, yaşıllaşdırma və s. təşkilatlarına dövlət tərfindən ayrılan təmir, abadlıq, inverrtar xərclərinin 50%-i Akif Səlimovun payına düşür. Təhsil şöbəsinə ayrılan şagirdlərin geyim pulu bütövlükdə, səhiyyə şöbəsinə ayrılan dəriman pulunun isə 60%-i sorgu-sualsız Akif Səlimovun payına düşür.
Ölkə başçısının çox həssas yanaşdıgı bir sahə də var. Bu da sıravi işçilərin əmək haqqıısıdır ki, bu sahə də Akif Səlimovun “diqqətindən” kənarda qalmayıb. Camaatını, dövlətini “çox sevən“ Akif Səlimov bu sahəni də yaddan çıxarmayıb. Təhsil şöbəsinin müdidini sıxışdırmaqla məktəblərə aylıq “haqq” qoydurub. Laçında 120 məktəb var. Hər məktəb direktoru ayda Təhsil şöbəsinin müdirinə 200-300 manat haqq verir ki, bu pulun da 70%-i Akif Səlimova Təhsil şöbəsinin müdirinin bildirdiyinə görə 20%-i isə Təhsil nazirliyinin kuratoruna çatdırılır 10%-isə idarə xərcləri adı ilə mənimsənilir. Bu məbləgin çatdırılmasında bəzən İcra Başçısı ilə təhsil şöbəsinin müdiri arasında bölgü davası oldugu üçün Akif Səlimov tez–tez İcra hakimiyyətinin işçilərindən ibarət komissiya yaradaraq məktəbləri yoxlatdırır. Aylıq hesab verməyən məktəb direktorları başçının qara siyahısına düşür. Vəzifəsində qalmaq üçün 1000-2000 manat (məktəbin böyüklüyünə görə) haqq ödəməli olur. Hətta Akif Səlimov özü məktəbləri gəzərək kollektivlərdə açıq şəkildə bildirir ki, yuxarılardan gələn yoxlamanı “yola salmaq” üçün direktorun xərci çıxır ona kömək lazımdır. Başçıya yaraşmayan eybəcər hərəkətlər Akif Səlimovun köhnə peşəsidir. Bu rüsvayçılıga və qanunsuzluga dözə bilməyən təhsil şöbəsinin müdir müavini qocaman, vicdanlı təhsil işçisi Adil Aliyev dəfələrlə ərizə yazaraq tutdugu vəzifədən azad olunmasını istəyib.Təhsil şöbəsinin inspektoru savad, bilik və bacarıgına görə adı təhsil şöbəsinə bərabər çəkilən Əslixan Məhərrəmov da eyni səbəbə görə ərizə yazaraq həyatını bağladıgı işi ilə vidalaşıb. Vaxtı ilə Qax və Goranboy rayonlarında polis rəisi işləyərkən simiçka satandan da haqq alan bu cür iyrənc əməllərinə görə hər iki rayondan sakinlər tərəfindən qovulan Akif Səlimov Laçına adi təsadüf nəticəsində başçı təyin olundugunu və korrupsiya dolu qanunsuz əməlləri ilə çox dövran sürə bilməyəcəyini gözəl anlayır, odur ki, qısa vaxtdan istifadə edib bacardıgı qədər kapital toplamağı qənimət bilir. Bəs görəsən rayonun mədəniyyət və səhiyyə işçilərinin bir aylıq əməkhaqqısını saxlayan icra başçısı özünü qeyrətli Laçın oğlu adlandırıb yüksək kürsüdən agızdolusu danışanda yerdəki pıçıltıları eşitmir? Yoxsul, qaçqın həyatı yaşayan Laçınlıların evinə girən gözlərini dikdikləri 100-120 manatı mədəniyyət və səhiyyə şöbələrinin müdirlərinin vasitəsilə mənimsəyən “QƏHRƏMAN” icra başçısı yüksək təltif istəyirmi?
Çox təəssüf ki, Akif Səlimovun qanunsuzluqları bunlarla bitmir. Bir il bundan əvvəl icra orqanlarında orta təhsilli işçilərın tutduqları vəzifələrini əvəzləyən yeni işçilər müqavilə ilə işə götürüldükləri üçün müqavilənin vaxtı uzadılmalı, əslində qanunla yerli əmirlə hamısı öz vəzifələrinə təsdiq olunmalı idilər. Lakin icra başçısının birinci müavini İlham Quliyevin başçıya özünü yaxın göstərmək naminə "xüsusi istedadı” hesabına gecə-gündüz Agcəbədi, Baki və başqa rayonlar arasında aldıgı məvacibi də yollarda xərcləyən ərazi nümayəndələri, müavinləri və mühasiblərinin hər birindən 500 manat pul yıgılır, İlham Quliyevin vasitəsilə Başçıya - Akif Səlimova verilir. Məgər Rövşən Agayevin bu rüsvayçılıqdan xəbəri yoxdur? Məgər Prezidentin korrupsiyaya qarşı mübarizəyə bu qədər önəm verməsi Rövşən Agayevə aydın deyil? 121 saylı Laçın seçki dairəsinin texniki işçilərinin kartlarının hamısının dairə seçki koomisiyasının sədri vasitəsilə Akif Səlimova çatması seçki zamanı prezidentə qarşı xəyanət deyilmi? Kürdəmirdə 500 manata görə bələdiyyə sədrini cinayətə cəlb edən Prokurorluq – korrupsiyaya qarşı mübarizə idarəsi yəqin ki, Laçında tügyan edən rüşvət kompaniyasına da əncam çəkəcək. Akif Səlimovun maxinasiyalarından bezən rayon sakinləri qorxularından dərdlərini heç kimə deyə bilmirlər. Çünki keçmiş polis rəisinin şantajından qorxurlar. Axı Akif Səlimov bu metodu yaxşı bilir, insanları şantaj edib gözdən salmaqda pərgardı.
Laçının Yol istismar idarəsinə, Suvarma Sistemləri idarəsinə ayrılan vasitlər mənimsənilir. İdarə rəhbərinin heç bir təqsiri yoxdur. Əgər icra başçısı bu müdirlərdən vəzifədə qalmaqları üçün 50-100 min manat rüşvət alırsa onlar nə etməlidirlər? Artıq 8 aydır başçı təyin olunan Akif Səlimov Laçınlılar üçün nə edib? Bakının Yeni Günəşli qəsəbəsində Dövlət Qaçqın və Məcburi Köçkünlər Komitəsinin şəxsən Əli Həsənovun köməkliyi ilə qaçqınlara mərasim yeri ayrılmasını öz adına çıxaraq bu işi də siyasiləşdirdi. Ancaq sonda tamahını saxlaya bilməyib həmin ərazidə yaşayan laçınlılardan pul yıgdırdı. Bəs bu istiqamətə ayrılan dövlət vəsaiti hara gedir? Ağcəbədi rayonu ərazisində laçınlıların sıx məskunlaşdıgı Taxta-körpü və ətraf obalarda köçkünlər dözülmız vəziyyətdə yaşasalar da icra başçısı kefindən qalmır... Qarşıdan soyuq qış gəlir. Komalarda sığınan laçınlılar ümidlərini Tanrıya baglayıblar, onsuz da başçıdan kömək yoxdur, əksinə kasıb komalarda sığınan səhiyyə, təhsil, mədəniyyət işçilərinin bir aylıqları da belə getdi “VƏTƏNPƏRVƏR” Akif Səlimovun cibinə. Dünən Katos və Şeylanlı camaatı bir dəstə ilə İcra Hakimiyyətinə hücum çəkiblər. Laçında hər işi hərraca çıxaran başçını qovsunlar, araya ağsaqqallar salınandan sonra hadisələr müvəqqəti sakitləşib. Sakitlik əlbəttə müvəqqətidir.
Laçınlıların səbr kasası artıq daşıb. Quba, İsmayıllı hadisələri yalan ola bilər. Çünki 72 min əhalisi yüzlərlə alimi, ziyalısı, intelektli gənci olan Laçın rayonunun bir qrup rüşvətxor və dəllalın əlində oyuncaga dönməsinə xalq dözə bilmir. Akif Səlimovun siması onun yüksək məbləğdə rüşvət hesabına vəzifəyə təyin etdiyi kadrlardan bilinir. Adını və soyadını düzgün yaza bilməyən al-verçiliklə beş-üç manat toplayan Akif Səlimovun Laçının qeyrətli oglanları adlandırdıgı “kadrları” köçkünlük həyatı yaşayan Laçınlılara təhqir deyilmi? Bir-birinin dərdinə həmişə şərik çıxan camaatı niyə üz-üzə qoyur Akif Səlimov?
Laçın İcra Hakimiyyətinin Bakı qərargahında isə siyasi oyunlar davam edir. Şəhər İcra Nümayəndəsi, daş karxanalarına və digər böyük biznesə malik Yardımlı rayon İcra hakimiyyətinin Başçısı Laçından 2 seçki deputat seçilən Sevindik Hətəmovun yeznəsi Oqtay Məmmədov Laçına başçı gətirilir. Xatırladaq ki, Oqtay Məmmədov rayon Təhsil şöbəsinin müdiri Malik Vəliyevin qayını və Abşeron rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun yaxın qohumudur. Rayon rəhbərinin başı öz kreslosunun müdafiəsinə qatışıb, öz kölgəsindən də şübhələnən Akif Səlimovu nə rayon, nə də sakinlər maraqlandırır.
Qurban Məmmədov, Laçın rayon sakini”