Hərbi qulluqçuların ehtiyata buraxılmaması ilə bağlı mətbuatda yayılan məlumatlar doğru deyil. Bunu Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini, general-mayor Novruzəli Orucov deyib.
Novruzəli Orucov bildirib ki, ölkə prezidentinin sərəncamı ilə iyulun 1-dən həm hərbi xidmətə çağırış, həm də ehtiyata buraxılma həyata keçirilir:
“Qanunvericilikdə bu müddətin iyulun 1-dən 30-dək olduğu göstərilir. Hərbi qulluqçuların hərbi hissələrdən ehtiyata buraxılmaması barədə deyilənlər yalandır”. (APA)