Telman İsmayılov və onun biznes ortaqları Patox Şodiyevlə Musa Bajayev Qərb xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb edilib. Axar.az xəbər verir ki, bu barədə Rusiyanın “Tam məxfi” nəşri məlumat yayıb. Müəllifi Andrey Kondratov olan məqalədə “yatan” milyarderlərin Rusiya ilə Qərb arasında mövcud qarşıdurmaya cəlb edilə biləcəyi qeyd olunub: “Əməliyyat yeri də təsadüfi deyil. Türkiyə NATO-nun üzvüdür və ABŞ kəşfiyyatı tez-tez bu ölkədən Cənubi Qafqazda öz planları üçün istifadə edir. Azərbaycanlı Telman İsmayılov, qazax Patox Şodiyev və çeçen Musa Bajayev - ilk baxışda heç bir şey görünmür. Lakin mənim müşahidələrimə görə, onların hamısı xarici kəşfiyyat orqanlarına işləyir və hazırda onlar Rusiya Prezidenti Vladimir Putinə və onun ətrafındakılara qarşı aktivləşdirilib. Versiya indiki halda inandırıcı görünməyə bilər, lakin bu, tezliklə öz təsdiqini tapacaq”.