Mirşahin 52 yaşında ata oldu – ÖZƏL

8-07-2015, 17:51   

ANS telekanalının vitse-prezidenti, tanınmış telejurnalist Mirşahin Ağayev növbəti dəfə ata olub.

Publika.az xəbəri dəqiqləşdirmək üçün jurnalistin özünə müraciət edib.

Bunu normal qarşılayan 52 yaşlı vitse-prezidentin cavabı özünəməxsus olub:

“Mirşahin ana olsaydı, hamı üçün maraqlı olardı, kişi ata olar da... Burda nə var ki?”

Qeyd edək ki, onun 4-cü övladı qızdır. Məşhur telejurnalist hazırda iki oğlan və iki qız atasıdır. İlk evliliyindən Mirtəyyar və Mirçingiz adlı iki oğlu, ikinci evliliyindən isə Aysan adlı qızı var. Telejurnalistin ikinci xanımı tanınmış aparıcı Səbinə Heydərovadır.

Cəvahir
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar