ŞOK: imam Quran kursunda qızlara təcavüz etdi

8-07-2015, 21:13   

Türkiyənin Bartın vilayətinin Ulugeçitambarcı kəndinin imamı olan 52 yaşındakı A.K. uşaqlara qarşı təcavüzdə ittiham edilib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, imam məsciddə açılan Quran kursuna qatılan 3 qız şagirdə qarşı təcavüz etdiyi iddiası ilə həbs olunub.

Quran kursunda təhsil alan S.T. (10), İ.T. (11) və S.G. (14) imamın onları əllə təcavüz etdiyini bildiriblər. Uşaqlarının ailələrinin şikayətindən sonra imam jandarma qüvvələri tərəfindən həbs edilib.

Lakin imam isə ona qarşı irəli sürülən ittihamları rədd edib: “Kəndə yeni gəldiyim üçün uşaqları və ailələrini tanımıram. Şagirdlərin qollarına təmasım olub, ancaq bu yalnız müəllim-şagird əlaqəsi çərçivəsində baş verib. Şagirdlərin iddialarını qətiliklə qəbul etmirəm. Həyatımda ilk dəfə bu cür vəziyyətlə qarşı-qarşıya qalmışam”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar