Arvadlarını bölüşdürən qardaşlar - Qəribə seksual adətləri / FOTO

8-07-2015, 21:42   

Planetin bütün sakinləri zamanla seksin nə olduğunu öyrənirlər. Bəzi xalqlar və tayfalarda isə bu proseslə bağlı xüsusi ayinlər mövcuddur. Onların bəziləri o qədər qəribədir ki, reallığına inanmaq belə çətindir.
1. Sperma içən sambiya tayfası



Bu tayfada oğlanın kişiyə çevrilməsi üçün 7 yaşında ümumi tayfadan kişilərin arasına aparırlar. 3 il sonra o qaytarılır və 10 il ərzində onun dərisi deşilir, burnundan qan axıdılır və qusana qədər şəkər çuğunduru yedirdilir. Beləliklə, 17 yaşa qədər gənc tamamilə təmiz halda qadınla cinsi əlaqəyə hazır olur. Ən dəhşətlisi isə odur ki, gələcək kişilərə ağsaqqalların spermasını içmək tapşırılır. Bu, onun tez bir zamanda güclü olmasına təsir edəcəyi ilə izah edilir.

2. Qəribə sünnət və meatotomiyanı tətbiq edən marcucara tayfası



Oğlanın inkişaf prosesi bir neçə mərhələdən ibarətdir. Birincisi, oğlan vəhşicəsinə sünnət edilir və kəsilmiş ət parçasını yeməyə məcbur edilir. İkinci hissədə meatotomiya adlı ağrılı "əməliyyat" həyata keçirilir. Axıdılan qan isə alova tökülməlidir. Bu ayinin mənası hələlik məlum deyil.

3. Trobrianlarda 6 yaşda sekslə məşğul olmağa başlayırlar



Papua-Yeni Qvineya sakinləri seks inqilabını bu cür göstəriblər. Onların qızları 6-8, oğlanları isə 10-12 yaşda ilk cinsi təcrübələrini həyata keçirirlər. Toya qədər bir kişinin qadınla birlikdə qidalanması qadağandır.

4. Nepalda arvadlarını aralarında bölüşdürən qardaşlar yaşayırlar



"Psychology Today" jurnalındakı məqaləyə əsasən, poliandrik tayfaların hamısı antropoloqların qardaş poliandrı adlandırdıqları ayini reallaşdırırlar. Bu, daha çox Himalay dağlarının sakinləri arasında geniş yayılıb. Bildirilir ki, burada əsas məqsəd ailələrin birlikdə yaşamasını və iqtisadi durumu tənzimləməkdir.

5. Vodabi tayfasında kişilər bir-birilərinin arvadlarını oğurlayırlar



Nigerdə yaşayan Vodabi tayfasının kişi nümayəndələri hər il keçirilən Qerevol bayramında bəzənərək başqalarının arvadlarını qaçırır. Əgər cütlük qaçarkən tutulmurdusa, onların nikahı qanuniləşirdi. Ər isə başqasını oğurlaya bilməyibsə, əliboş qalır. /Ölke.az/



Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar