Təranə Qumralın intim mesajları başına bəla oldu

9-07-2015, 14:05   
Təranə Qumralın intim mesajları başına bəla oldu
Məlumdur ki, müğənni Nazəninlə Təranə Qumral arasında ANS efirində ciddi insident yaşanmışdı. Təranə Qumral Nazəninin ünvanına səsləndirdiyi ittihamlardan sonra qarşı tərəf, yəni Nazənin canlı telefon bağlantısına qoşularaq Təranənın onun həyat yoldaşı ilə münasibətdə olduğunu bildirmişdi. Məlum qalmaqaldan sonra tərəflər məhkəmədə görüşəsi olublar.

Milli.Az xəbər verir ki, məhkəmədə Nazənin Təranə Qumrala qalib gəlib. Məhkəmə Təranə Qumralın böhtan və yalanlarının əsassız olduğunu sübut edib. Eyni zamanda məhkəmə araşdırması zamanı həqiqətən Təranə Qumralın Nazəninin həyat yoldaşı ilə aralarında münasibəti olduğu sübut olunub. Mobil operatorların antena dairəsindən əldə olunan məlumatlarda Təranə Qumralın Nazəninin həyat yoldaşına yazdığı intim mesajlar da üzə çıxarılıb. Məhkəmə prosesi iki tərəfin də şəxsi həyatını həll etdiyi üçün qapalı keçirilib. Məhkəmənin qərarına əsasən, Təranə Qumral Nazənini böhtanlarına və şərəf və ləyaqətini təhqir etdiyi üçün 10 min manat ödəməlidir.

Onu da qeyd edək ki, Təranə Qumralın hüquqlarını məhkəmə prosesində iki hüquq müdafiəçisi qorusa da, son məqamda hüquqşünaslardan biri hüquqlarını müdafıə etdiyi tərəfin böhtan atdığına əmin olduqdan sonra müdafiədən imtina edib. Hüquqşünas Vüqar Səfərli də son məqamda könülsüz şəkildə Təranəni məhkəmədə təmsil edib. Nazənin Təranə Qumrala məhkəmədə qalib gəlib.

Milli.Az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.