Xalq artisti Aygün Kazımovanın qızı İlqarənin sevgilisi deyilən bir oğlanla şəkli bu gün yerli mediada yayılıb.
ANS PRESS məsələ ilə bağlı hazırda Türkiyədə olan İlqarə Kazımova ilə əlaqə saxlayıb. O, bu xəbəri gülərək qarşılayıb:
“O, mənim sevgilim deyil. Anamın fotoqrafıdır. Mənim isə ən yaxın dostlarımdan biridir. Jurnalistlər birinci dəfə deyil haqımda bu cür şayələr yazır. Dostlarımla şəkillərimi götürüb sevgililərim kimi qələmə verirlər. Jurnalistlərdən xahiş edirəm ki, belə bir xəbər yazarkən dəqiqləşdirsinlər”.