36 saylı TSEK-də əlildən 1000 manat rüşvət istəyirlər

10-07-2015, 10:30   
36 saylı TSEK-də əlildən 1000 manat rüşvət istəyirlər

Kəmalə İsayeva: «Emil Kamilov və Talıb Məcidov təkrar 2-ci qrup əlillik dərəcəsi almaq üçün məndən rüşvət tələb edirlər»

«Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 36 saylı Tibbi Sosial Ekspert Komissiyasının müdiri Emil Kamilov və oranın əməkdaşı Talıb Məcidov məndən istədikləri 1000 manat rüşvəti verməyə imkanım olmadığımdan qanunsuz olaraq əlillik dərəcəmi ləğv ediblər». Bunu JAM.AZ-a Ucarın Rəstəcə kəndi sakini Kəmalə İsayeva yazaraq bildirib.

O qeyd edib ki, komissiya adı ilə 1 ildən çoxdur ki, sənədlərini alıb saxlayıb, pulu gözləyirlər. «Digər Tibbi Sosial Ekspert Komissiyalarında mənim kimi həqiqətən əmək qabiliyyətini itirmiş xəstələrə hörmət edilib rüşvət almadan əlillik dərəcəsi təyin edilsədə 36 saylı TSEK-də bu mümkün deyil. Burada tam sağlam adamlar rüşvət verib, əlillik dərəcəsi ala bilirlər. Mənim kimi rüşvət verməyə imkanı olmayan, həqiqətən əmək qabiliyyətini itirmiş əsil xəstələr isə belə süründürməçiliklərə məruz qalıblar».

Kəmalə İsayeva vurğulayır ki, 1990-cı ildə evində çörək bişirən zaman qaz sobasının partlaması nəticəsində ağır dərəcəli yanıq xəsarəti alıö. «Buna görə 2 il Xəstəxanada stasionar müalicə olunmuşam. Bədənimin 80% ağır dərəcədə yanıb. Damarlarımın çox hissəsi yandığı üçün hərəkət qabiliyyətim məhdudlaşıb, həmçinin danışanda belə çətinlik çəkirəm. Əmək qabiliyətimi itirdiyim üçün mənə 2-ci qrup əlillik dərəcəsi təyin edildi və buna görə müavinət alırdım. Aldığım pul dava-dərmanıma güclə çatırdı. Keçən il əlillik dərəcəmin təyin edilməsi üçün təkrar həkim komissiyasından keçirilmə adı ilə 36 saylı TSEK-in həkimi Talıb Məcidov sənədlərimi aldı baxdı və mənə dediki 1000 manat verməsən sənə növbəti dəfə əlillik dərəcəsi təyin edə bilməyəcəyik. Mən buna görə 36-saylı TSEK-nın baş həkimi Emil Kamilovun qəbulunda oldum dedim, bəlkə rəhmə gəlib ciddi xəstə, həqiqi əlil olmağımı nəzərə alıb qanunu qaydada qərar çıxardar. Ancaq çox təssüf olsun ki, Emil həkim işçisinin dediyi sözü təkrarlayıb 1000 manat verməli olacağımı çəkinmədən açıq-aşkar dedi».

Yazıda adları çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.