Atasını öldürən aktyor Orxan Şimşəklə bağlı Türkiyə Ədliyyə Tibb Qurumu (məhkəmə-tibb ekspertizası) cəza verilməməsi ilə bağlı qərar verib.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyorun vəkili onun psixoloji xəstəlikləri olduğunu və tibbi müayinələrin də bu yöndəki qərarını əsas göstərərək müvəkkilinin azad edilməsini məhkəmədən tələb edib.
Qeyd edək ki, aktyor həbsdə olduğu müddətdə 4 dəfə intihar etmək istəyib.
“Qafqazinfo”