Baş verənlərin ictimailəşməsindən sonra Rza Xəlilovun artıq 3 gündür işə çıxmadığı bildirilir.
Bir neçə gün bundan öncə saytımızda “Azərbaycanın öncül müəllimləri dini missionerlərin hədəfində” başlıqlı yazı dərc etmişdik. Yazıda Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun təşkilatçılığı ilə Danimarkanın Kopenhagen şəhərində yerləşən ESSE İnstitutunun buddist sekta üzvlərinin Azərbaycanın öncül müəllimlərinə Azərbaycan Dillər Universitetinin akt zalında 3 gün ardıcıl olaraq "Pedaqoji kadrların peşəkarlığının yüksəldilməsi: mənəvi dəyərlərə əsaslanan təhsil mövzusunda təlim keçdiyi bildirilirdi. Artıq sözügedən təlimlə bağlı FaktXeber.com-un redaksiyasına ilginc məlumatlar daxil olub.
FaktXeber.com-un redaksiyasına daxil olan məlumatda qeyd edilir ki, sözügedən sekta üzvləri Azərbaycana Təhsil Problemləri İnstitutunun yeni rektoru Qulu Novruzovun özü ilə birgə gətirdiyi institun elmi işçisi Rza Xəlilovun təşkilatçılığı ilə gətirilib. Hətta sözügedən seminar öz işinə başlamamışdan öncə tədbirdə çıxış edən Qulu Novruzov belə bir seminarın təşkilatçılığı üçün müavini Rza Xəlilova təşəkkürünü bildirib.
Mikayıl Cabbarovun nazirliyində biabırçılıqlar: Din dövlətdən ayrı deyilmi?
Bəs Rza Xəlilov kimdir?
Rza Xəlilov Fransada oxuyub və hazırda Azərbaycan dilini bilmir. Rus və bir neçə xarici dil bildiyi söylənilir. Onun il boyu Hindistan və eyni halda Rusiyanın ayrı-ayrı şəhərlərinə tez-tez gedib-gəldiyi bildirilir. Daxil olan məlumatda o qeyd edilir ki, Rza Xəlilov sözügedən sektanın üzvüdür və təlimin təşkil edilməsi də birbaşa onun vasitəsilə həyata keçirilib. Seminar zamanı Qulu Novruzov təlimçilərin Azərbaycana gətirilməsinə görə Rza Xəlilova təşəkkürünü bildirib. Sözügedən sekta üzvləri Azərbaycanda olarkən bütün günü Rza Xəlilovla birlikdə şəhəri gəziblər. Aşağıdakı foto institutda keçirilən təlim zamanı alınıb. Fotodakı dini sekta üzvü olan xanım yazındakı şəxs Rza Xəlilovdur.
Digər maraqlı bir məqam isə Rza Xəlilovun facebook səhifəsi ilə bağlıdır. Belə ki, onun facebook səhifəsindəki profil fotosuna və yerləşdirdiyi digər fotolardan görünən budur ki, o hansısa dini sektanın üzvüdür.
Artıq təlimin ilkin təsirləri müəllim üzərində hiss olunmağa başlayıb. Belə ki, təlimin təsirinə düşən bir neçə cavan xanım müəllimə dini sektanın xüsusi ayinini icra edərək foto çəkdiriblər.
FaktXəbər-in verdiyi məlumata görə, baş verənlərin ictimailəşməsindən sonra Rza Xəlilovun artıq 3 gündür işə çıxmadığı bildirilir.
Baş verənlər artıq bir çox ziyalı müəllimi narahat edib və bununla bağlı təhsil naziri Mikayıl Cabbarova müraciət ünvanlamaq istəyirlər. Onlar bunu dövlətimiz və ölkəmiz üçün etdiklərini və Müqəddəs Ramazan ayında, milli-mənəvi dəyərlərə, mütəxəssislərə sahib Azərbaycanda, respublikanın öncül müəllimləri üçün xaricdən hansısa radikal və ya islama yad bir sekta nümayəndələrinin gələrək treninq keçməsinin yol verilməz olduğu qənaətindədirlər.
FaktXəbər Analitik Mərkəzi