Orxan Pamukun “Məsumiyet müzesi” əsəri ilin Avropa Muzeyi mükafatını alıb. “Axar.az” xəbər verir ki, mükafatlandırma mərasimi ötən gün yəni 17 may tarixində baş tutub. Avropa Muzeylər Forumu tərəfindən təşkil edilən tədbir bu dəfə Estoniyanın paytaxtı Tallində reallaşıb. 37-ci EMYA mərasimində mükafat Orxan Pamuka təqdim edilib. Mükafatı alan Orxan Pamuk Soma faciəsindən söz açıb və bütün Türkiyənin yas içində olduğunu dilə gətirib. Faciənin bütün ağrı-acılarını hiss etdiyini deyən yazar mukafatı Soma qurbanlarının əziz xatirəsinə həsr etdiyini deyib. - See more at: http://axar.az/news/18219#sthash.p9IUxLYt.dpuf