Binəqədinin icra başçısı ölkədən qaçıb - özəl

19-07-2015, 10:10   

Binəqədi rayon İcra Hakimiyyətinin başçısı məzuniyyət adı ilə ölkəni tərk edib. Hazırda onun ölkəyə nə vaxt qayıdacağı bəlli deyil. Bu barədə istiqlal.az-a Binəqədidəki mənbələrdən məlumat daxil olub.

Mənbənin bildirdiyinə görə, Binəqədidəki məlum yanğın hadisəsi ilə bağlı istintaq və hakimiyyətin daxili araşdırmaları cox ciddi faktlar üzə çıxarıb. Onun həmçinin sakinlərdən və iş adamlarından küllü miqdarda "təzminat" yığıması barədə məlumatlar artıq təsdiqini tapıb. Ona ölkədən çıxmaq qeyri-rəsmi qadağan edilsə də, o məzuniyyət bəhanəsi ilə ölkəni tərk edib. Onun bir daha geri dönməyəcəyi ilə bağlı ehtimallar var.

İstiqlal.az yaxın günlərdə Xaləddin İsgəndərovla bağlı konkret qərar verilə biləcəyi ilə bağlı xəbər yaymışdı. Artıq Hesablama Palatası dövlət büdcəsi ilə bağlı problemləri, hüquq-mühafizə orqanları isə qeyri-rəsmi yığımların “dosye”sini Azərbaycan prezidentinin masasının üstünə qoyublar.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.