“Putin ukraynalıları Krımdan deportasiya eləməklə Stalini də ötdü”. Bu sözləri Ukraynalı deputat Nikolay Tomenko Vladimir Putinin ukraynalıların Krımdan deportasiya etməsinə münasibət bildirərkən söyləyib. Onun sözlərinə görə, Putinin belə addım atması gözlənilməz oldu: “XXI əsrdə krım tatarlarının və Ukrayna xalqının Krım ərazisindən deportasiya edilməsini heç kim gözləmirdi. İndiki hadisə bir daha sübut edir ki, imperiya psixologiyası dəyişilməyib. Biz Krım tatarlarının sığınacaq alması üçün əlimizdən gələni edəcəyik”.