Redaksiyamıza müraciət edən Şəki sakini sosial yardım ala bilməməsindən gileylənir. DİA.AZ olaraq narazı vətəndaşın gileyini diqqətinizə təqdim edirik:
"Mən, Vəliyev Rafiq Məmməd oğlu Şəki rayonun Baş Göynük kənd sakiniyəm. 49 yaşım var. 5 mart 2009-cu ildən Şəki 19 N-li Zona TSEK 8/94 saylı müayinə əktına əsasən gözümün torlu qişasının qopması diaqnozu ilə I dərəcəli əllil olmuşam. Kənar qulluğa ehtiyacım olduğu üçün həyat yoldaşım daim məşğuldur. Öhdəmdə iki azyaşlı uşaq var ki. onlardan 2003-cü ildə anadan olan Əmrah da 2-ci qrup əlildir. Şəxsi avtomobilim, mobil telefonum, mal-qaram yoxdur. evimdən 14 km uzaqlıqda yerləşən 0,98 ha torpaq sahəsində isə faktiki işləyə bilmirəm.Ümumiyyətlə işləyə bilmirəm".
Daha sonra narazı vətəndaş dia.az-a yazır: "Ailəmin dolanacağı dözülməzdir. 2013-cu ilin noyabrından 1 il müddətinə sosial müavinət verdilər. Sosial Təminat Nazirliyinin Şəki üzrə müdiri Elçin müəllim məni çox süründürdükdən sonra dedi ki, sənin torpağın olduğuna görə sosial müavinət verə bilmərik.Get işlə qazan ailənə bax! Axı mən 1-ci qrup əlil olduğuma görə necə torpağımı əkib-becərə bilərəm? Həyat yoldaşım da yalnız mənə və 2-ci qrup olan 11 yaşlı oğlum Əmrahın qulluğunda durur. Mən çox kasıbam. Həqiqətən ailəmin yaşaması üçün yaban çörəyə ehtiyacımız var. Eyni zamanda haqqı olduğum müavinəti almaq üçün kiməsə verməyə pulum da yoxdur. Odur ki, Sizdən xahiş edirəm real vəziyyətimi nəzərə alaraq ailəmə ünvanlı sosial müavinətin verilməsi üçün göstəriş verəsiniz. Əvvəlcədən minnətdarlığımı bildirirəm.