İcra başçısının bacısı oğlu generalı döydü

23-07-2015, 12:25   
İcra başçısının bacısı oğlu generalı döydü
Son dövrlər Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Xaləddin İsgəndərovun adı bir sıra qaranlıq olaylarda hallanmaqdadır. Binəqədi rayonunda qanunsuz tikintilərlə, ev tikmək istəyən vətəndaşlardan məcburi şəkildə icra başçısına çatmaq üçün rüşvət alınması prosesini Binəqədi rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri olan Elşad Rəhimova həvalə olunub.

Bu dəfə isə fia.az saytı məlumat yayıb ki,, bir müddət bundan əvvəl Səbail rayonu ərazisində fəaliyyət göstərən Monolit Plaza adlı istirahət mərkəzində Binəqədi rayon icra başçısının bacısı oğlu Araz və digər qohumları Pərviz keçmiş vergilər üzrə mühim görəvlərdə olmuş, hazırda təqaüddə olan bir general(hələlik generalın tam kimliyini anonim saxlayırıq) arasında yaranmış mübahisə davaya çevrilib: “Dayısının icra başçısı olması və onları bu hadisənin nəticəsindən asılı olmayaraq qurtara biləcək şəxs kimi Xaləddin İsgəndərova arxalanmış Araz həmin generalı döyməyə sövq edibdir. Yaranmış insidentlə bağlı Səbail RPİ-də cinayət işi başlanmasına, ictimai yerdə xuliqanlıq hərəkətləri edən Binəqədi rayon icra hakimiyyəti başçısı Xaləddin İsgəndərovun qohumları cinayət məsuliyyətinə cəlb olunmadılar, dayısının gücü sayəsində ölkənin bir generalı hər kəsin gözü qarşısında döyülməyinə baxmayaraq onlar sərbəst buraxıldılar. Hazırda insanlara qarşı zor işlətməkdən belə, çəkinməyən bu Araz adlı şəxs Xaləddin İsgəndərovun gücünə və parasına arxalanmaqla bu kimi hərəkətlərini davam etdirməkdədir. Ən qəribəsi isə odur ki, hər davasında dayısının onu tənbeh etməsi əvəzinə ona arxa çıxmasıdır”.
Mövzu diqqətimizdədir.

P.S. Binəqədi RİH-nin təsərrüfat şöbəsinin müdiri Elşad Rəhimovun ev tikintisi ilə bağlı vətəndaşlardan necə rüşvət istəməsi, tikilən evin mərtəbəsinə uyğun hansı məbləğdə pul tələb edərkən, onunla vətəndaş kimi söhbət edərək gizli reportaj hazırlayan əməkdaşımız oldu və növbəti yazıda bu barədə geniş məlumat verəcəyik. Eyni zamanda o, bu kimi qaranlıq fəaliyyəti Rəfail, Samir, Nicat adlı şəxslərin vasitəsilə həyata keçirməsinə geniş işıq salacağıq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.