Bəylər Əyyubov Ziya Məmmədova qarşı əks-hücuma keçib

27-07-2015, 08:38   
Bəylər Əyyubov Ziya Məmmədova qarşı əks-hücuma keçib
General öz adamını «Azəryolservis»in rəhbəri təyin etdirməyə çalışır


Prezidentin şəxsi mühafizə xidmətinin rəisi, Bəylər Əyyubova yaxınlığı ilə seçilən “Aqrartikinti” ASC-nin sədri, deputat Ağala Vəliyev “Azəryolservis”in rəhbərliyinə gətirilə bilər. “Azadlıq”a daxil olan məlumatda bildirilir ki, “Azadlıq” prospektində yanan binanın təmirinin Ağala Vəliyevə tapşırılması onun üçün bir növ imtahandır.
Yəni, deputat bu işin öhdəsindən layiqincə gələcəyi təqdirdə onu mükafat olaraq “Azəryolservis”in sədri postu gözləyir. Məlumatda deyilir ki, hələ Cavid Qurbanov “Azəryolservis”in rəhbərliyindən çıxarılanda Bəylər Əyyubov onun yerinə Ağalar Vəliyevin təyin olunmasına çalışıb. Lakin həmin vaxt nəqliyyat naziri Ziya Məmmədov incə gedişlə generalın bu planının qarşısını ala bilib. “Ziya Məmmədov həmin postuna özünə yaxın kadrı təyin etməyə çalışırdı. Lakin Bəylər Əyyubovun niyyətindən xəbərdar olduqdan sonra Saleh Məmmədovu irəli verdi. Saleh Məmmədov bitərəf kimi tanınır. Yəni, hər hansı məmurla sıx bağlılığı yoxdur. Lakin Saleh Məmmədovun da təyinatı baş tutmadı. O, müvəqqəti olaraq sədrin səlahiyyətlərini icra edir. Ziya Məmmədov hələ onun təyinatını reallaşdıra bilməyib. ”Azəryolservis" isə uzun müddət başsız qala bilməz. Ona görə də son günlər Bəylər Əyyubov yenidən fəallaşıb", - deyə mənbə redaksiyamıza bildirib.
Məlumatda qeyd edilir ki, Ağalar Vəliyev “Azəryolservis” ASC-nin sədri təyin olunması Ziya Məmmədovun bu qurumu itirməsi demək olacaq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.