Ziya Məmmədovun "qoçular"ı azyaşlı uşağı "oğurladılar" - FOTOLAR

29-07-2015, 07:47   
Ziya Məmmədovun "qoçular"ı azyaşlı uşağı "oğurladılar" - FOTOLAR

Ziya Məmmədovun "qoçuları" ilə bağlı narazılıq davam edir, hətta hər ötən gün daha da artır.

Jurnalist Anar Bayramoğlu da öz facebook profilində bu barədə yeni məlumat yayıb. Jurnalist öz statusunda rayondan gələn qohumunun başına gələnlərdən və nəqliyyat qoçularının azyaşlı uşağa qarşı zorakı davranışlarından bəhs edir.

Musavat.com-un oxucularına maraqlı ola biləcəyini nəzərə alıb, həmin statusu olduğu kimi diqqətinizə çatdırırıq:

"Ziya Məmmədovun "qoçuları" haqqında çox yazılıb, əməlləri haqqında çox deyilib. Yəni, Nəqliyyat Departamentinin qoluzorlu, mədəni davranışdan uzaq, əksəriyyəti bir qram da olsun savada, məmur ədasına malik olmayan işçiləri haqqında bir faktı da mən yazım.

Deməli, bu gün bir qohumumuz azyaşlı uşağı ilə rayondan Bakıya gəlib. Bakının "Şamaxinka" adlanan ərazisində, "baqajında" müxtəlif usta alətləri və pal-paltar olan maşınını saxlayıb.

Azyaşlı uşaq maşında qalıb, atası gedib, aptekə... Gəldiyində görüb ki, Nəqliyyat Departamentinin "qoçuları" avtomobili sürüb, aparıblar cərimə meydançasına... Uşaq da maşının içində, qorxudan cərimə meydançasına kimi ağlamaqdan bağrı çatlayıb. Əsas da onu gətiriblər ki, sən taksi fəaliyyəti ilə məşğulsan.

Qohumum başa sala bilməyib ki, 5 oturacağı olan avtomobilin, arxa oturacaqlarında rayondan gətirdiyi usta alətləri və pal-paltar, qabaq oturacaqda isə uşaq əyləşib. Belə halda taksi fəaliyyəti necə göstərə bilərəm?

Xeyri olmayıb. İndi deyirlər ki, maşını cərimə meydançasından azad etmək üçün rüsumda nəzərdə tutulmuş məbləği ödəməlisiz.

Ziya Məmmədovun bu dəstəsinin belə əməlləri birinci dəfə deyil. Bu qoçular dəfələrlə hətta qanuni taksi fəaliyyəti göstərən insanları incidiblər, ölüm həddinə çatana kimi döyüblər. Bütün qanunsuz nə varsa, bunlar ediblər. Amma bir "dur!" deyən olmayıb.

Nazirliyin mətbuat xidmətinin rəisi, bizim həmkarımız, bayram şəkərburası kimi ildə bir dəfə hansısa telekanala çıxan Namiq Həsənov həmişəki kimi telefonuna cavab vermir ki, dərdimizi deyək. Nazirliyin şikayətlər üçün yaratdığı "Qaynar xətt" nömrələri isə ümumiyyətlə, işləmir. İndi biz sadə vətəndaşlar dərdimizi kimə deyək?"
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.