Gömrüyün "gizli bossu" ilə bağlı şok iddia - Belə deyirlər...

29-07-2015, 14:15   
Gömrüyün "gizli bossu" ilə bağlı şok iddia - Belə deyirlər...
Qafqaz Xəbər Agentliyi bildirir ki,Vergilər Nazirliyi ( VN ) və Dövlət Gömrük Komitəsinin ( DGK ) vahid qurumda birləşdirilməsi mətbuatın gündəmindən düşmür. Əlbəttə, struktur islahatları, paralel qurumların birləşdirilməsi vacibdir. Ancaq hiss olunur ki, bu məsələdə maraqlı qüvvələr var. Bu məsələ ilə bağlı redaksiyamıza ilginc məlumatlar daxil olub.

Beləki, son vaxtlar DGK sədrinin birinci müavini Səfər Mehdiyevin vəzifəsindən uzaqlaşdırılacağı ilə bağlı məlumatlar səngimək bilmir.

Məlumdur ki, Səfər Mehdiyev uzun müddətdir ki, DGK-da kadr məsələlərini həll edir, büdcədən kənar maliyyə məsələlərinə baxır, bir sözlə komitədə “katyol” onun nəzarətindədir.

Hətta dolaşan qeyri-rəsmi xəbərlərə görə, Səfər Mehdiyev “kassa”ya bir milyarddan çox pul atıb. Hətta bunu sübut etmək üçün onun Bakı şəhərində və Dubayda olan obyektlərinin foto şəkilləri çəkilərək həm yuxarlara, həm də mətbuata təqdim olunub.

Amma hələ ki, ona xoşluqla izah ediblər ki, oğurlanan milyard “kassa”ya qaytarılmalıdır. Əks təqdirdə, Səfər Mehdiyevin aqibəti keçən ay “Bandotdel”də “dincələn” biznesmenlərin aqibətindən pis olacaq.

Qafqaz Xəbər Agentliyinə verilən məlumata görə, Səfər Mehdiyev qrup şəklində mübarizə aparmaq fikrinə düşüb. Amma unudur ki, “Bandotdel”in də əsas işi dövlətin əmlakını məhz qrup şəkilində dağıdanlarla mübarizə aparmaqdır.

Səfər Mehdiyev “kassa”ya atdığı milyardın hesabına bir neçə qrupu birləşdirib güc mərkəzi yaradaraq Vergilər Nazirliyi və DGK-nın “birgə rəhbəri “ olmaq istəyir. Hətta bu qrup yerlərdə sahibkarları hakimiyyətdən narazı salmaq üçün hər vasitəyə əl atır.

Daxil olan məlumata görə, Səfər Mehdiyev Vergilər Nazirliyində iri post tutan bir neçə nəfər məmurla da birləşib ki, iki qurum birləşəndə onun nazir təyin olunmasına dəstək olsunlar. Hətta 2 qurumun birləşməsi ilə bağlı yazıları da mətbuata bu qrup sifariş verir.

Sonda onu qeyd edək ki, Səfər Mehdiyevin adı ölkə mətbuatında Hindistandan gətirilən camış əti ilə bağlı daha çox hallanır. Amma bundan daha ciddi məqamlar var ki, ona növbəti yazıda toxunacağıq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.