Təhsil Nazirliyi Gəncədə yerləşən Azərbaycan Texnologiya Universitetinin rektoru Akif Süleymanov haqqında yayılan xəbərlərə münasibət bildirib.
Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan Texnologiya Universitetinin rektoru A. Süleymanov xəstəliyi ilə əlaqədar məzuniyyət götürüb.
Nazirlikdən onu da bildiriblər ki, rektor A. Süleymanov cari ilin avqust ayının 6-da əmək fəaliyyətinə başlayacaq./avrasiya.net/